İntiharı təbliğ edən səyyar kofe köşklərin sahiblərini cəzalandırmaq lazımdır. – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovdan sərt münasibət

“Yasamal rayonunda vətəndaşları intihara təhrik edən qəhvə köşklər çox uğursuz, mənasız reklamdır. Reklam mətnində qeyd edilir ki, “intihar etməkdənsə, kofe iç” mənasız kampaniyadır. Bu işlə aidiyyatı qurumlar məşğul olmalıdır”. 

Bu fikri Hit.az-a kulturoloq Aydın Xan Əbilov deyib.
 
O bildirib ki, son illər dünyada və ölkəmizdə intiharlar artır: 

“Belə olan halda bu cür piarların aparılması düzgün deyil. Bu cür kampaniyalara etiraz edilməlidir. Ümumiyyətlə, mənfi təzahürlərə qarşı aparılan hər bir addım sərt olmalıdır”.

Xatırladaq ki, Yasamal rayonunda vətəndaşları intihara təhrik edən qəhvə köşkləri fəaliyyət göstərir. Menyuda müştərilərə təqdim edilən içki “intihar kofe” adlandırılıb.

“Arauşağı” adı altında fəaliyyəti göstərən qəhvə şəbəkəsi köşkə müştəri cəlb etmək üçün seçdiyi uğursuz şüar isə “bu gün intihar edim, yoxsa kofe içim?” olub.

Sevinc

https://hit.az/az/olke/270867/intihari-tebli-eden-seyyar-kofe-kskleri/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2Oa_wlPSIflmkUZY1W096fhsGzs66Wb55G7jYMMOyiuwB63kKAIP9FcVU_aem_wFb9bFer6lVNezWMdyZ9dw

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir