İrandakı son prezident seckiləri: dəyərləndirməyə tələsməyək. – YYSİB-nin sədr müavini, Hesabat TV-nin baş redaktoru, analitik-ekspert Ramal Əliyev
“DÜŞÜNÜRƏM Kİ, MƏSUD PEZEŞKANİN İRANIN 9-CU PREZİDENTİ SEÇİLMƏSİ AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİNİN MÜSBƏT MƏNADA İNKİŞAFINA TƏSİR ETMƏYƏCƏK…”
PEZEŞKANİNİN PREZİDENT SEÇİLMƏSİ PLANLI SEÇKİNİN NƏTİCƏSİDİR…
ƏHALİSİNİN YARISI ASƏRBAYCANLI TÜRKLƏRDƏN İBARƏT OLAN İRAN -FARS MOLLA REJİMİ DAİM NARAZI, AQRESSİV CAMAATI DAHA RAHAT İDARƏ ETMƏK ÜÇÜN MƏHZ AZƏRBAYCANLILARIN ÖZ İÇİNDƏN ÇIXMIŞ GİZLİ FARS TƏFƏKKÜRLÜ BİR LİDERİN HAKİMİYYƏTƏ GƏTİRMƏYİ UYĞUN BİLİB”
İranda prezident seçkiləri artıq başa çatdı. İranın yeni 9-cu prezidenti, əslən azərbaycanlı olan Məsud Pezeşkian seçildi. Bu seçkinin nəticəsi barədə müxtəlif fikirlər səslənməkdədir. Bir qism politoloqlar, siyasi analitiklər düşünürlər ki, bu seçim iranda yaşayan türk dilli xalqın iqtisadi-siyasi təhsil rifahına müsbət təsir edəcəkdir. Digər qism siyasilər isə, elə düşünürlər ki, Pezeşkaninin prezident seçilməsi regionda geosiyasi vəziyyətin müsbət mənada dəyişməsinə, xüsusilə də Asərbaycan-İran, Türkiyyə-İran münasibətlərinə müsbət təsir edəcəkdir.
Apardığım araşdirmalar və müşahidələrimə görə gəldiyim qənaət ondan ibarətdir ki, Məsud Pezeşkanin prezident seçilməsi Azərbaycan-İran münasibətlərində müsbət mənada ciddi bir dəyişiklik müşahidə edilməyəcəkdir.
Düşünürəm ki, əhalisinin az qala yarısını azərbaycanlı türklərin təşkil etdiyi İranın fars molla rejimi, daim aqressiv rejimdən haqlı narazılıq edən azərbaycanlılardan ibarət olan toplumu rahat idarə etmək üçün qabaqcadan hasırlanmış plan üzrə gizli fars təfəkkürlü bir azərbaycanlını hakimiyyətə gətirdi. Ümumiyyətlə, bilmək lazımdır ki, ABŞ, İran kimi dövlətlərdə (hərçənd ki, idarəetmə sistemi,qurluşları biri-birlərindən fəqli olsalar da) istənilən namizədin prezident seçilməsi, dövlətin daxili, ələlxüsusda xarici siyasətində təyin olunmuş ana-təməl prinsipləri dəyişmir. Yəni seçilən istənilən prezident əvvəlcədən təyin olunmuş ana siyasi xətt üzrə hərəkət edir. ABŞ-ın qara dərili prezidenti olan Barak Obama da seçkilərdə qalib olduğu zaman bir çox siyasi analitiklər onun adının Hüseyn, özünün müsəlman əsilli(hərçənd ki,O özünü xristiyan hesab edirdi) olmasını əsas gətirib İslam dünyası ilə münasibətlərin düzəlməsinə müsbət təsir edəcəyini düşünürdülər. Amma, biz şahid olduq ki, bu istiqamətdə heç bir müsbət dəyişiklik baş vermədi. Obamanın qara dərili olması zaman-zaman irqi ayrı-seçkilik edilib haqları tapdalanan qara dərili vətandaşların hüquqi rifahınıda yaxşılaşdırmadı. Bu barədə mövcud olan problemlər olduğu kimi davam etdi.
Ona görə də İranda keçirilən seçkinin nəticəsi “azərbaycanlı seçildi” – deyə, bizi sevincə
qərq etməməlidir. Bu, sadəlöhv yanaşmadır. Mütləq ki, bu seçimin planlı pərdəarxası siyasi məqsədləri vardır…