Qarabağ Zəfərinin innovativ-kreativ təbliği: aktual layihə reallaşdırılır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ildə elan etdiyi qrant layihəsi çərçivəsində maliyyə yardımı alan “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi 1 iyun – 1 avqust 2024-cü il müddətində “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” mövzusunda ikiaylıq layihəsinə həyata keçirir.

Reallaşdırılacaq fəaliyyətlərlə bağlı İctimai Birliyinin sədri, layihə rəhbəri, araşdırmaçı-jurnalist, Prezident təqaüdçüsü Cəmilə Çiçək İsbəndiyarova media nümayəndələri üçün geniş açıqlama verib. Təşkilat rəhbəri bildirib ki, ictimai-ideoloji əhəmiyyətli fəaliyyətləri zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğal edilməsindən və uzun müddət əsarətdə saxlanmasından sonra 44 günlük möhtəşəm Vətən müharibəsi zamanı Müzəffər Ordumuz tərəfindən azad olunaraq bərpa işləri başlanmasına ideoloji-estetik dəstək verilsin.

Qarabağdakı son savaşın qızıl salnaməsini mədəni irsə çevirmək, qalibiyyət tarixinin tədqiqi, onun estetik sənət formalarında gənclər arasında və dünyada tanıdılmasına, geniş əhali qruplarına çatdırılsın.

Sadalanan istiqamətlərdə peşəkar sənət adamlarının yaradıcılıq potensiallarının birləşdirilməsinə, ölkəmizin və onun hüdudlarından kənarda yaşayan intellektual yaradıcı şəxslərin şəbəkələşməsinə real, həmçinin, virtual kömək olacaq fəaliyyətlərin həyata keçirilməsi kimi amillər həm də Qarabağın Vətənimizin qədim diyarı, ayrılmaz hissəsi, kreativ turizm məkanı kimi dünyada tanıdılmasına xidmət etsin.

Qarabağdakı Zəfərimiz çağdaş tariximizin yeni intibah dövrünə, fərqli mərhələsinə çevrilməsini innovativ, kreativ, intellektual formalarda yeni nəslin nümayəndələrinə və dünya ictimaiyyətinə tanıdılmasına ehtiyac duyulur.”

Layihə rəhbəri onu da xatırladıb ki, görüləcək işlər arasında maraqlı fəaliyyət növləri var. Layihə çərçivəsində Qarabağ – Kəlbəcər şəhidləri ilə bağlı sosial çarx hazırlanacaq, gənclər arasında yayımlanacaq. Layihə və sosial çarxın təqdimat mərasimi təşkil olunacaq. Şəhid və qazi ailələrinə ziyarət ediləcək, onlara mənəvi dəstəkveriləcək. İnternet və sosial şəbəkələrdə yeni kontent hazırlanacaq, eyni zamanda virtual tanıtımlar, aksiyalar keçiriləcək.

Bütün bu fəaliyyətlərin məntiqi nəticəsi olaraq postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hissləri daha da gücləndiriləcək. Yaradıcı insanlar bu istiqamətdə yeni əsərlər yaratmağa motivasiya olunacaqlar. Dövlətin Böyük Qayıdış proqramına dəstək olunacaq.

Qarabağlı gənclərin yurdlarına qayıdışa həvəsləndirəcək ki, o tarixi proseslər sürətlənsin. Layihəyə cəlb ediləcək könüllülər, texniki-yaradıcı heyət, peşəkarlar, Qarabağ və Qələbə mövzusunda yeni kreativ sənət nümunələri yaradanların bacarıqları artacaq.

Layihə, əsasən, Bakı şəhəri və Xəzər rayonu, virtual olaraq Azərbaycan, Qarabağ və soydaşlarımız yaşayan məkanları əhatələməyə iddialıdır. İnternetdəki resursları hazırlayanlar, həmçinin, innovativ-kreativ mütəxəssislər məhz paytaxtda fəaliyyət göstərdiyinə görə fokuslanma daha çox Bakı şəhərinə yönələcək.

Orta və ali məktəblər, elmi-yaradıcı qurumlar yerləşən məkanlar, Azərbaycan və virtual olaraq diaspor nümayəndələrinin yaşadığı hər yerdə qəhrəmanlarımızın, şəhidlərimizin, Müzəffər Ordumuzun igidlik şücaətlərinin, vətənsevərliyin əksi olacaq estetik-mənəvi dəyərlərin gənc nəslə mükəmməl şəkildə ötürülməsini nəzərdə tutduğu üçün geniş əhatə dairəsinə malikdir və ictimai-kreativ xarakterlidir.

Müxtəlif – real və virtual formada fərdi-innovativ təşəbbüsləri dəstəkləməklə, günümüzün tələblərinə uyğun bilgilərin zənginləşdirilməsi situmullaşdırılacaq. Yeni innovativ üsullarla çalışmaq vərdişlərinin, bacarıqlarının formalaşdırılacaq, kreativ sərvətlərimizə həsr olunmuş təbliğati istiqamət daha da zənginləşdiriləcək.

Gənclərimiz Qarabağ Zəfəri barədə dövrümüzdə qəbul edilən yeni formatlar vasitəsilə müxtəlif təsəvvürlərə malik olacaqlar. Gənclərimiz mədəni dəyərlərimizin ən yaxşı tərəflərini tanıyacaq, onların faydalı cəhətlərindən xəbərdar olacaqlar. Xüsusilə istedadlı gənc nəsil II Qarabağ müharibəsi, onun Zəfəri haqqında geniş məlumat ala biləcək, onun tanıtmaq imkanını qazanacaqlar. Bu mövzuda əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin həyata keçirilməsi istiqamətində atılmış önəmli addımlardan biri olacaqdır.

Qarabağ və ətraf rayonların işğaldan azad olunması ilə nəticələnən möhtəşəm 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror əməliyyatı zamanı böyük qələbəylə yekunlaşan Zəfər tarixi milli hərb sənətimizin uğurlu səhifəsi kimi, eləcə də hərbi-vətənpərvərlik, milli-mənəvi, ideoloji sərvət kimi yeni nəslin nümayəndələrinə tanıdılması, yeniyetmə və gənclər arasında kreativ təbliğinə böyük ehtiyac duyulur.

Respublikamızda yaşayan gənclər, dünyanın əksər ölkələrində, yaşayan, sayı 60 milyonu ötən soydaşlarımız arasında modern formada təbliğat və tanıtım işlərini aparmaq günümüzün əsas kreativ məsələlərindən biridir. Yeni İKT alətlərindən, İnternet və sosial şəbəkələrdən yararlanmaqla, bütöv Azərbaycan, inkişaf etmiş ölkə, güclü siyasi lider, qüdrətli xalq, vətənsevər yeni nəsil anlayışının birliyinə aparan bu ideoloji-fəlsəfi, ictimai-mədəni təbliğatı hər zaman gücləndirmək vacibdir.

Layihənin məqsədi Zəfərin təbliği istiqamətində yaradıcı şəxslərin, tədqiqatçıların, jurnalist  və bloqqerlərin, kreativ gənclərin, İnternet istifadəçilərinin, Qarabağlı tanınmışların intellektual-mədəni imkanlarını, potensialını birləşdirməkdir. “Qarabağ Zəfəri” humanitar-ideoloji düşüncə mühitinin  formalaşdırılmasına təkan verəcək, yeni sənət nümunələri yaradılmasına həvəsləndirəcək, Qələbəyə həsr olunmuş sosial çarxın hazırlanması, təqdimatı, paylanması, elektron variantının yayımı, İnternet vasitəsilə virtual-vizual məhsulların ardıcıl təbliği, sosial şəbəkələr üçün kontentlərin yaradılması kimi fəaliyyətlərlə qarşıya qoyulmuş vəzifələrin yerinə yetiriləcək.


Ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, saytlarda, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, şəbəkə resursu  haqqında ekspert rəyləri, məqalələr çap olunacaq, müzakirə xarakterli süjetlər hazırlanacaq, geniş ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

Layihənin ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcək: tanıtımı və sosial şəbəkələrdəki virtual təbliğinə xüsusi önəm veriləcəkdir. Fərqli mədəni-kreativ təcrübələrdən yararlanaraq, peşəkarların köməkliyilə təbliğatçı gənclər, diaspor fəalları, könüllülər üçün innovativ alətlər, kreativ formatlar yaratmaq, bəzi məsələlərin ictimailəşdirilməsi, mütəxəssislərin təcrübələrinin birləşdirilməsi, ictimai müzakirələrin aparılması, sosial çarxın hazırlanması nəzərdə tutulur.


Layihənin qarşıya qoyduğu hədəflər müxtəlifdir. Könüllülər, texniki-yaradıcı heyət, peşəkar mütəxəssislər, Qarabağ və qələbə mövzusunda yaradan müəlliflərdən ibarət komanda formalaşacaq. Möhtəşəm qələbələrimizlə bağlı yeni nəsil nümayəndələri arasında təbliğat və tanıtıma nəzəri-təcrübi köməkliklər göstərə biləcək innovativ-kreativ baxışları ehtiva edən vizual/virtual məhsullar ortaya qoyulacaq.

Zəfərinə aid yeni sənət əsəri yaradılacaq, bu istiqamətdə təşəbbüslər dəstəklənəcək, estetik hərəkat genişləndiriləcək. Qələbənin ideoloji-mənəvi  əhəmiyyətinə və kreativ imkanlarına həsr olunmuş təbliğat istiqamətində fəaliyyyətlər təşkil ediləcək. İnternet resurslarında, elektron məkanlarda və sosial şəbəkələrdə Azərbaycanda – Qarabağda Zəfər tarixindən sonrakı yeni mənəvi mühitinin formalaşdırılmasına, təbliğatda fərqli kreativ modellərin genişləndirilməsinə yardım edə biləcək real və virtual ictimai müzakirələr təşkil ediləcək, rəy və təkliflər ümumiləşdirilərək aidiyyəti qurumlara çatdırılacaq.

Qarabağ və Zəfər tarixinə dair vətənpərvərlik mövzulu tanıtım sosial çarxın geniş ictimaiyyətə və gənclərə tanıtmaq üçün sosial şəbəkələrdə resurs yaradılacaq. Zəfərin gənclərimizin milli ruhda böyüməsinə dair yeni təşəbbüslər irəli sürüləcək, sənətdə Qələbənamə və Zəfərnamə mövzusunda layihələrin həyata keçirilməsi üçün geniş ictimaiyyət qarşısında təkliflərlə çıxış ediləcək,  problemlər qaldırılacaq.

Bakıda, İnternetüstü və Qarabağ bölgəsinin insanlarının yaşadığı məkanlarda, qadınlar, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda real və virtual tanıtım tədbiri təşkil ediləcək.


Sonda Prezident İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, layihəmizə, eyni zamanda fəaliyyətimizə verdikləri böyük dəstəyə görə QHT üzvləri adından minnətdarlığımızı bildiririk.

Əlimirzə İsbəndiyarov,

ZİMDTDİB sədr müavini, KİV əlaqələndiricisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir