İnformasiya savaşında bundan maksimum istifadə etməliyik – YYSİB sədri, ictimai-mədəni xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan maraqlı təkliflər

“Azərbaycan 21-ci əsrdə beynəlxalq platformalardan, o cümlədən YUNESKO, BMT, Avropa təşkilatları və digər tribunalardan istifadə edib özünün yaratmış olduğu tolerantlıq və multikulturalizmin milli istiqamət variantını təbliğ edir. Bu təbliğat zamanı həm Azərbaycanda yaşayan azsaylı xalqlardan, həm də xaricdə yaşayan nümayəndələrindən istifadə olunur. Etnik cəhətdən azərbaycanlı olan və Azərbaycana yaxın olan türkdili xalqların, yaxud da qarşı nigahdan olan şəxslərdən maksimum yararlanmağa çalışır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, bu yalnız təbliğat xarakterli, ideoloji bir texnologiya deyil:
“Tolerantlıq və multikulturalizmin Azərbaycan variantı artıq beynəlxalq qurumlar, beyin mərkəzləri tərəfindən qəbul edilib. Onun arxasında real hadisələr dayanır. Azərbaycanda 60-dan çox dildə danışan milli və dini azlıq, 20-yə yaxın müxtəlif dini konfesiyalara sitayiş edən inanclı insanlar və icmalar var. Dövlət olaraq həm etnik azlıqların, milli-mənəvi, həm də dini azlıqların inanc dəyərlərinin inkişaf etdirilməsi ilə bağlı xüsusi proqramlar var. Elm və Təhsil Nazirliyi tərəfindən azsaylı xalqların dillərində kitablar çap olunur. Mədəniyyət Nazirliyi, eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Gənlər Fondunun xətti ilə Azərbaycanda yaşayan xalqların ədəbiyyatı, folkloru həm tədqiq edilir, həm araşdırılır, həm də kitab şəkilində çap edilir. İnternet saytları var, qəzetlər, jurnallar çap olunur”.
Aydın Xan Əbilovun fikirincə, bunun inkişafı hər dəfə yeniliklər tələb edir:
“İdeoloji bir silah olaraq Azərbaycanda baş verən hadisələr istər milli etnik azlıqlarla bağlı, məsələn “Xarıbülbül” festivalında onlardan istifadə olunur. İstər onlarla bağlı keçirilən müxtəlif tədbirlər, istərsə də məbədlər, kilsələr, məscidlər, dini inanc evləri Azərbaycanda yanaşı fəaliyyət göstərir. Bunlar həm Azərbaycanda, həm də xarici ölkələrdə böyük bir ideoloji silahdır. İnformasiya savaşında bundan biz maksimum istifadə etməliyik. Bu işdə də Azərbaycan diaspor nümayəndələri, xüsusən də etnik cəhətdən azərbaycanlılardan ibarət olan icmalar, həm xaricdə yaşayan soydaşlarımız mütləq yararlanmağa çalışıb istifadə etməlidir. Azərbaycanlı deyəndə digər xalqlara sevgi, sayğı bəsləyən, yanaşı yaşamağı təbliğ edən və bunu real həyatda göstərən bir toplum, bir dövlət yada düşməlidir və düşür də”.

Aydın Xan Əbilov bildirir ki, məhz bunun nəticəsidir ki, dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqların tez-tez Bakıda keçirilməsinin şahidi oluruq.Qeyd edək ki, Azərbaycan tolerantlıq və multikulturalizmin dünyada təbliğində Beynəlxalq tədbirlərin əvəzsiz rolu var. Bu tədbirlərdə Azərbaycan diaspor nümayəndələrinin üzərinə böyük iş düşür.

Jalə,

https://www.diaspora.tv/az/informasiya-savasinda-bundan-maksimum-istifade-etmeliyik-kulturoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir