Qobustan MKS-nin Mərkəzi kitabxanasında tanınmış yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş
Tanınmış məhsuldar yazıçı-publisit, Azərbaycanda, Rusiyada, ABŞ-da nəşr olunan romanları ilə ədəbi-mədəni ictimaiyyətin diqqətini çəkə bilmiş istedadlı nasir və romanist, AYB üzvü, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Ekspertlər Şurasının üzvü Hacı Qəni Camalzadənin gələn il 70 illik yubileyi tamam olur. Bu münasibətlə ölkə böyünca görkəmli yazıçı ilə ədəbi-mədəni ictimaiyyətin nümayəndələrinin, eləcə də geniş oxucu kütlələri, eləcə də gənclərin silsilə görüşləri təşkil olunur.
İyunun 7-də belə bir növbəti ədəbi tədbir baş tutdu: Dağlıq Şirvan Regıonal Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Mərkəzi kitabxananın əməkdaşlarının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ağatahir Cəbirli, yazıçı-publisist, YYSİB sədri, yazışı-kulturoloq Aydın Xan Əbilov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist, prezident təqaüdçüsü Yusif Nazim Ərəbsoy, mərkəzi kitabxana və kənd kitabxana filiallarının əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, ərazı bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbiri idarə etmək üçün şair-publisist Yusif Ərəbsoya söz verildi. Yusif müəllim çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı. Yazıçı Qəni Camalzadəni əlamətdar gün münasibəti ilə təbrik etdi, gələcək yaradıcılıq işlərində ona uğurlar arzu etdi.
Metodika və Biblioqrafiya şöbəsinin əməkdaşı Xanım Mürsəliyeva yazıçının həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Yazıçının yaradıcılığına yaxından bələd olan şair-publisist, kulturoloq Aydın Xan Əbilov Qəni Camalzadənin şəxsi mənəvi kefiyyətlərindən, alicənablığından söhbət açdı və bildirdi ki, Hacı Qəni Camalzadə zəngin təfəkkürə, intellektə və nadir istedada malik ziyalılarımızdandır. Müəllifin yaradıcılığı haqda fikirlərini bölüşən şair-publisist Ağatahir Cəbirli onun əsərlərini yüksək qiymətləndirdi.
Metodika və biblioqrafiya şöbəsinin şöbə müdiri Xuraman Ağayeva çıxış edərək müəllifin əsərlərinin ideya-bədii xüsusiyyətləri haqqında danışaraq qeyd etdi ki, yazıçı real həyat əsərləri ilə oxucuların rəğbətini qazanıb.
Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Adilə Cəbrayılova tədbir iştirakçılarına təşəkkürünü bildirdi və Hacı Qəni Camalzadəyə yeni- yeni yaradıcılıq uğurları arzuladı.
Sonda yazıçı Qəni Camalzadə çıxış edərək oxucularla təşkil edilən görüşə, haqqında deyilən xoş sözlərə və göstərilən diqqətə görə iştirakçılara təşəkürünü bildirdi.
Çıxışlarda ünvanına deyilmiş səmimi fikirlərə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını ifadə etdi.Sonda müəllif imzaladığı kitabları oxucularına bağışladı, xatirə şəkilləri çəkildi.

