Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq: layihə tədbiri

Gənc Vətənpərvərlər İctimai Birliyi ADNSU nəznində Baku Neft-Energetika Kollecində birgə gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.


Kolecin akt zalında keçirilən tədbiri kollecin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov açıq elan edərək, öncə təhsil ocağının direktoru, dosent Ata Babayevin salamlarını tədbir iştirakçılarına çatdırdıqdan sonra GVİB-yə uğurlar arzuladığını bildirdi. Hüseyin Hüseynov zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində mübarizə işinin aparılmasının genişləndirilməsi olduğunu bildirdi.

GVİB –n sədri, ictimai xadim Muğan Əliyev Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən tədbirin əsas məqsədi gənclərin “ağ ölüm”ə qarşı mübarizəsi ilə bağlı maarifləndirilməsi olub.

Daha sonra çıxış edənlərdən kollecin müəllimləri İlahə Abbasova, Nadirə Xankişiyeva, Aynur Alıyeva, Elnarə Rəhimova, eləcə də tələbələrdən Aytac Nuriyeva və Şahmir Ağammədov, həmçinin, tələbə gənclər təşkilatlarının nümayəndələri bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini bildiriblər.

Daha sonra narkotiklərin, siqaretin insan orqanizimində törətdiyi fəsadları özündə əks etdirən video-çarx, müxtəlif şəkillər gənclərə nümayiş olundu. Gənc nəsillərə bu zərərli vərdişin gələcəkdə insan bədənində yarada biləcəyi xəstəliklər barədə məlumatlar verildi.

Layihə iştirakçıları əsasən gənclərdən ibarət idi.

Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet paylanılıb.

Tədbirdə Bakı Neft-Energetika Kolecin tələbələri, təhsil ocağının müvafiq struktur rəhbərləri, GVİB-n İdarə Heyəti zvləri, QHT nümayəndələri iştirak ediblər.

GVB-n Mətubat və İnformasiya şöbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir