Məşhur stomatoloq, doktor Sənan Xankişiyevdən yaradıcı ziyalıya böyük qayğı: “Araş” stomatoloji klinikası

Bu günlərdə “Araş” stomoloji klinikada məşhur doktor Sənan bəyin və tibbi komandasının qonağı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təsisçisi/sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının təsisçisi/baş redaktoru, www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, “Ədəbiyyat qəzeti” redaksiyasının şöbə redaktoru, Prezident təqaüdçüsü Beynəlxalq və milli mükafatlar laureatı, teleekspert, ictimai və mədəniyyət xadimi, yazıçı-kulturoloq Aydın Xan Əbilov olub.

Hər zaman ziyalılara xüsusi qayğısı ilə seçilən, pedaqoq və səhiyyə alimi, peşəkar həkim və tanınmış stomatoloq, eyni zamanda Xəzər TV – “Təsir dairəsi” verilişində ekspert kimi vaxtaşırı tibbi tele-maarifciliklə məşğul olan Sənan bəy hərdəfəki kimi yenə peşə etikasıni yüksək dəyərləri ilə nüfuzlu pasiyentə diqqətini əsirgəməyib.

Saytımıza bu barədə məlumat verərək Sənan Xankişiyev və Araş klinikasına minnətdarlığını çatdıran Aydın Xan Əbilov bunları söyləyib:

“Bir dəfə dişlərimin agrıdigini eşidən Sənan həkim, əsl peşəkar stomatoloq kimi ilkin müayinə nəticələrinin mənə dedi.

https://www.facebook.com/share/p/hzumMRLVHidy8wvK/?mibextid=oFDknk

Dişlərimlə dişüstü körpülərin, eləcə də sovrulan çənə sümüklərim haqqinda elə bir ekspert rəyi söylədi ki, həkimlərdən qorxanın biri olsam da, o dəqiqə dostumun təklifini qəbul edib əməliyyat və implanta razılaşdim. İndi, gözləmədiyim qədər asan keçən ilkin əməliyyatdan sonra Sənan bəyə və komandasına, sadəcə, əhsən, – deyirəm.
Şəxsən mən haqqında xarici mənbələrdən oxudugum Cənubi Korea istehsallı olan “Osstem” sistemini seçdim ki, 20 il zamanətlə diş problemlərimi birdəfəlik həll edim…
Zamanında pesəkarlara müraciət etsəm, problemlər nisbətən az olar…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir