Yaşıl Dünya Naminə Həmrəylik ilinə həsr olunmuş Cüdo idman növü üzrə açıq birinciliyi keçirilib

11-12 may 2024-ci il Yaşıl Dünya Naminə Həmrəylik ilinə həsr olunmuş Cüdo idman növü üzrə Abşeron Olimpia idman kompleksinin açıq birinciliyi keçirilib.
İki gün keçirilən yarışın açılış mərasimi 12 may 15:00-da Abşeron Olimpia İdman Kompleksində keçirilib. 
Azərbaycanın Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə ucalan şəhidlərimizin və Müstəqil Azərbaycanın memarı, Ulu Öndərin əziz xatirəsi ehtiramla bir dəqiqəlik sükutla yad edilib.                            
Sonra söz Abşeron Olimpia İdman Kompleksinin direktoru Mətləb Kərimova və Abşeron rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Kamran Quliyevə verilib.  Natiqlər bu cür yarışların sağlam gənc nəslin formalaşmasında  mühüm rolundan danışdılar. “Belə çempionatlar böyük arenalara təcrübədir. Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Cənab prezident respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilmişdir. Bu günki yarışa regionlarımızdan, şəhərlərimizdən cüdocular qatılıb. Məqsəd cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, onların sağlam həyat tərzinə cəlb edilməsi, perspektivli cüdoçuların müəyyən edilməsi və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir. İdmançılarımıza uğurlar arzulayırıq. Güclü qalib gəlsin!”

Yarışın təşkilatçısı, 2 Dan idman ustası, Dünya Cüdo Federasiyası Akademyasının məzunu Mirseyfulla Məmmədov “XeberTıme.az” Analitik İnformasiya Portalına öz müsahibəsində bildirdi:   

– Yeganə xanım bildiyiniz kimi Azərbaycan Respublikasının prezidenti cənab  İlham Əliyev 2024-ci il “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan etmişdir. Bu günki çempionat Azərbaycanda ilk idman yarışıdır ki, Yaşıl Dünya Naminə Həmrəylik ilinə həsr edilib. 
Əlbətddəki hər bir yarışın özü həyacanı və məsuluyyəti var. Bu cür yarışlar böyük təcrübədir, həm idmançı şagirdlər üçün, həmdə məşqiçilər üçün. Bu yarışın  əsas  üstünlüyü Respublika çempionatına uğurlu idmançıların seçilməsidir. Bu günki yarışda uğurlu idmançı şagirdlərimiz çoxdur, İnşallah onlar bu cür arenalarda böyüyüb gələcəkdə idman tarixində böyük nailiyyətlərə imza atacaqlar.                                                             

Açıq birinciliyin fəxri qonaqları: Gənclər və İdman Nazirliyinin baş mütəxəsisi Həsən Novruzov, Abşeron Olimpia İdman Kompleksinin direktoru Mətləb Kərimov. və Abşeron rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Kamran Quliyev.
Yarışda Bakı, Sumqayıt, Xırdalan şəhəri, Abşeron daxil olmaqla 10-dan çox rayonun 400-dən artıq idmançı iştirak edirdi. Katedlər arasında keçirilən cüdo yarışında 2009-2010, 2011-2013 yaş həddi və 22 cəki dərəcəsində idmançılar öz güclərini sınadılar. 
Yarışın təşkilatçıları, 2 Dan idman ustası, Dünya Cüdo Federasiyası Akademyasının məzunu Mirseyfulla Məmmədov və Natiq Qurbanlı idi.                                                            
Yarışın təhlükəsizliy üçün polis cəlb edilmişdir və yarış həkim nəzarəti altında keçirilib. Müxtəlif çəki dərəcələri üzrə I,II və III yerləri tutan idmançılar medal və diplomlarla təltif edilib.         
Yarışın informasiya dəstəyi “XeberTıme.az” Analitik İnformasiya Portalına məxsusdur. Yarış ilə bağlı məlumatları internet səhifələrində və KİV-lərdə işıqlandıracaq.  

İdmançılarımızla fəxr edirik!

Yeganə Telmanqızı 
XeberTıme.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir