Ziyalı ömrün şöləsi: Lənkəran Dövlət Universitetinin fədakar müəllimi Bəxtiyyar Muradxanlı

Gəncliyimdə elə bilirdim həyat bir sevincdir. Yetişdim və gördüm ki, həyat bir zəhmətdir. Zəhmət çəkdim və gördüm ki, zəhmət əsl sevincdir.

Tomas Karlayl

Fransız ədəbiyyatının görkəmli nümayəndəsi Viktor Hüqonun belə bir fikri var: “Bizi həmişə özümüzdə çatışmayan cəhətlər cəlb edir. Gün işığını kor qədər heç kim sevmir”. İnsan övladının mənəvi keyfiyyətləri onun bir ömür boyu əməllərində, fəaliyyətində öz real əksini tapır. Bu əməllər, fəaliyyət həm də şəxsiyyət ucalığına çatmış belə insanların cəmiyyətdəki layiqli mövqeyini və statusunu müəyyənləşdirir.

Zəhmətkeş insanlar işdən yayınmırlar,başqalarına kömək etmək üçün səylə çalışmaqdan zövq alırlar. İstəsək də, istəməsək də, həyat məsuliyyətlərlə doludur. Zəhmətin sevilmədiyi bir dünyada zəhmətkeş olmaq insana üstünlük qazandırır. Lənkəran Dövlət Universitetinin fədakar müəllimlərindən olan Bəxtiyyar Malik oğlu Muradxanlı kimi. O, 1993 –cü ildə işləməyə gələndə, bu tədris ocağının yaradıcıları ilə bir arada çalışmağa başladı. Ağır illər idi. O,vaxt müəllimlərin əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Cavan kadrlara, demək olar ki, çox nadir halda rast gəlmək olardı. Onlar da 60-70 ci iilərdə ümumtəhsil fənləri üzrə ali təhsil almış insanlar idi. İxtisas fənlərindən dərs deyən gənc müəllimlərə rast gəlmək çox çətin idi. Bir sözlə, universiteti yaradanlar, onu əsl təhsil müəssisəsi kimi, araya-ərsəyə gətirməkdən ötrü, Bəxtiyyar müəllimi də fəal müəllim kimi sıralarına qəbul etdilər.

Bəxtiyyar müəllim səmimi və qayğıkeş bir insan kimi tanınır. O, eyni zamanda, öz işinə məsuliyyətlə yanaşan, ciddi və tələbkar insandir. Humanistliyindən sui-istifadə etmək istəyən tələbələrdən xoşu gəlmir. Belələri onun diqqətindən və qayğısından kənarda qala bilir. İlk baxışdan, yorğun görünən Bəxtiyyar müəllim, əslində, yorğunluq nə olduğunu bilmir. Yaşına uyğun olmayan çevikliyi, ümumiləşdirmə bacarığı analiz və sintezin vəhdətindən düzgün nəticə çıxarmaq qabiliyyətinə görə çoxlarına nümunə ola bilər. Bəxtiyyar müəllim təbiət etibarilə sakit, təmkinli və təvazökardır. Özünü gözə soxmağı nə əvvəllər, nə də indi xoşlamayıb. Onun yazdığı elmi məqalələr həmişə maraqla qarşılanmışdır.

Bəxtiyyar müəllim, həqiqətən, zəhmətkeş müəllimdir. Onun tələbələrinin əksəriyyəti hal-hazırda özü ilə yanaşı çalışırlar. Onların elmi dərəcələri, yüksək vəzifə postuna ucalmışları ilə, onlar öz müəllimlərinin əməyini həmişə yüksək qiymətləndirirlər. O, universitetin sayılıb-seçilən müəllimlərindəndir. Bəxtiyyar müəllim bir insan kimi heç zaman ədalətsizliklə barışmamış, həmişə kişilik, mərdlik nümunəsi göstərmişdir. Belə adamların əməyini, gec də olsa, qiymətləndirmək hər zaman yerinə düşür.

Bəxtiyar Malik oğlu Muradxanlı 25 may 1949 –cu ildə Lerik rayonunun Aşağı Ğədik kəndində anadan olub. 1966 –cı ildə Biləsuvar rayonunun (Puşkin rayonu) Ağəyri kənd orta məktəbini bitirib, həmin ildə də Sumqayıt KTT – yə qəbul olmuşdu. 1969 – cu ildə texnikumu bitirib, SSRİ –nin 50 illiyi adına Sumqayıt Kimya Kombinatında əmək fəaliyyətinə başlayıb. 1970 – 1972 – ci illərdə SSRİ ordu sıralarında xidmət etmişdi. 1971 сi ildə Narofominsk şəhərində raket qoşunları üzrə hərbi məktəbi bitirmişdi.

Ordudan tərxis olunduqdan sonra, 1972–ci ildə M.F.Axundov adına (indiki Bakı Slavyan Universiteti) daxil olmuşdu, 1977–ildə İnstitutu müvəffəqiyyətlə bitirib, Təhsil Nazirliyinin ğöndərişinə əsasən Biləsuvar (Puşkin) rayonunun İsmətli (Konstantinovka) kənd orta məktəbinə rus dili və ədəbiyyatı müəllimi təyin olunmuşdu. 1979 – 1987–ci illərdə həmin rayonun Çinarlı (Novoqrajdanovka) kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoj fəaliyyətimi davam etdirmişdi. 1980 – 1983–cü illərdə M.F.Axundov adına APRD və Ə İnstitutunun qiyabi aspiranturasında təhsil almış və “ Orta məktəbin yuxarı siniflərində frazeoloji birləşmələr üzərində iş sistemi” mövzusunda namizədlik dissertasiyası üzərində elmi – tədqiqat işimi başa çatdırmışdı. 1987 – ci ildə Təhsil Nazirliyinin tövsiyyəsi ilə AMMTİ Ləkəran Filialının Rus dili və ədəbiyyatı kabinetinə metodist təyin olunmuşdu.

1993–cü ildən LDU–nun “Ümumi dilçilik və xarici dillər kafedrasına” saatheabı müəllim kimi dəvət olunaraq, sonra kafedranın tam ştatlı müəllimi və 1996-cı ildən “Xarici dıllər kafedrasının” baş müəllimi seçilməklə, elmi ad almışdı. 2007 – 2014–cü illərdə LDU–nun Əlavə təhsil fakültəsində metodist vəzifəsində çalışmış, 2014–cü ildən LDU-nun Hunanitar və Pedaqoji elmlər fakültəsinə akademik məsləhətçi, 2022 ci ilin sentyabr ayında LDU TT və TTT-nin Təcrübə, potensial inkişaf və karyera bölməsinə təcrübə üzrə mütəxəssis təyin olunmuşdu və hazırda həmin vəzifədə çalışır.

Çoxlarında olmayan sadəlik, səmimilik və xeyirxahlıq Bəxtiyyar müəllimin həyat kredosudur. O, iş-gücün başdan aşdığı vaxtlarda belə ehtiyac içində olan insanlara qayğı və diqqət göstərməsindən həzz alır. Yorulmadan, usanmadan çalışır, tanıdıqlarının,ətrafında olanlarının sevinməsindən, uğur qazanmasından zövq alır. Bəxtiyyar müəllim insanlarla dil tapmagı onları yola verməyi bacarır. Kim ona ağız açırsa, kömək istəyirsə, ümidsiz qalmır. Birisinin məqaləsini redaktə edir, digərinin dərsini keçməsi üçün material,başqa birisinin dissertasiya işinə məsləhət verir, bütün günü faydalı işlə məşğul olur.

O, bu işləri ona görə bacarırdı ki, ədəbi biliyi yüksək səviyyədə olmaqla yanaşı, insanlığı və humanistliyi də ali səviyyədədir. Qırxdan çox elmi, elmi–metodiki məqalənin, metodiki tövsiyənin və rus dilinin tədrisi ilə bağlı üç dərs vəsaitinin müəllifidir.

Bir neçə Beynəlxalq və Respublika səviyyəli konfransların və seminarların iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir. Uzun illər elm sahəsində çalışaraq ağlının və iradəsinin qüdrəti ilə zirvəyə yüksələn, parlaq simalardan biri kimi elmdə və təhsildə öz sözünü deyən, özünəməxsus həlim xarakteri ilə seçilən, gəncliyin işıqlı sabahına çalışan, tələbələrinə peşəkar müəllim tələbkarlığı və xüsusi qayğı ilə yanaşan Bəxtiyyar müəllim nəslin ağsaqqalı olmaqla bərabər,gözəl ailə başçısıdır. Onun 1 oğlu, 2 qız övladı və 4 nəvəsi var.

Bəxtiyyar müəllim böyük həvəslə ,elm də müxtəlif problemləri araşdırır, yeni-yeni dərsliklər üzərində çalışır, gənc təcrübəçilərə, öz dəyərli məsləhətlərini verir, məhsuldar elmi və pedaqoji fəaliyyətini əzmlə davam etdirir. O, həm də kapitan rütbəsi ilə ehtiyatda olan zabıtdir.

Dəyərli müəllimimə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, elmin çətin və şərəfli yolunda fəaliyyətində uğurlar arzulayıram.

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru dossent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir