Yazıçı Yunus Oğuzun “Cığır”ı… Əkbər Qoşalınin özəl baxışı
“İctimaiyyətin 90-cı illərdən etibarən daha çox (və haqlı olaraq) ictimai-siyasi xadim kimi tanıdığı Yunus Oğuzun fəlsəfəçi və ədəbiyyatçı yönü mənə elə 90-cı illərdən tanışdır. Yunus bəyin ilk bədii əsəri “Qadın ulduzu” gün üzü görüncə almışdım və zövqünə güvəndiyim şair qardaşım Hamlet Kazımoğlu (1970-2021) həmin kitabı məndən öncə oxuyub, öz yüksək sözlərini söyləmişdi. Sonralar Yunus bəy ictimai fikirdə başqa yaradıcılıq olayları ilə çıxış etdi – özü də, məhz “Olaylar” ad-sanı ilə. İş elə gətirdi, mən “Olaylar”ın daimi oxucusundan daimi yazarına çevrildim.” Bu sözləri Olaylar.az-a Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər QOŞALI Yunus Oğuzun “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib:

