Gənc Vətənpərvərlər İctimai Birliyi 2016-cı ilin Aprel döyüşləri – ​​​​dördgünlük müharibə mövzusunda tədbir keçirib


Tədbirin əvvəlində Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin bu tədbiri gənclər arasında 2016-cı ilin Aprel döyüşlərində və İkinci Qarabağ – Vətən Müharibəsində iştirak edən igidlərimiz haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin şəhid və qazi qəhrəmanlarının qazandıqları Zəfərin yeni nəsil nümayəndələrində vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olduğu vurğulanıb.
GVİB-nin sədri, ictimai xadim Müqamət (Muğam) Əliyev çıxışında ətraflı məlumat verərək qeyd edib ki, Aprel döyüşləri, yaxud dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan Milli Ordusu igidləri ilə Ermənistan Silahlı Qüvvələri, həmçinin, qondarma “dağlıq qarabağ respublikası”nın hərbi birləşmələri arasında baş vermiş silahlı toqquşma tarixi hələ də lazımınca araşdırılmayıb. Apreldə baş verənlər, əslində, Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra, ən şiddətli döyüşlər saylır. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur.  Peşəkar Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad etmişdir.
M.Əliyev daha sonra öz çıxışında bildirib ki, Vətəni layiqincə qorumaq və yaşatmaq bu gün bizlər üçün əhəmiyyətli bir vəzifədir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Vətənpərvər olmayan gənclik cəmiyyətin idarə olunmasında heç bir rol oynaya bilməz. Bu baxımdan regionlarda gənclər və yeniyetmələr arasında bu mövzuda təbliğat xarakterli maarifləndirmə işləri davam etdirlməsi vacibdir.
 Aprel döyşlərinin əfsanəsi,  Qarabağ qazisi Asif Rəsulov tədbirdəki cıxışında qeyd edib ki, günü ən aktual mövzusu hərbi vətənpərvərlik tərbiyəsinin gənclər arasında təbliğ olunması vacibdir. Çıxışçı vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda iştirak edən qazi və şəhidlərin, veteran hərbçilərin, həmçinin, qəhrəmanların şücaətlərinin təbliğ olunmasından ibarət olmalıdır.
Tədbirdə,  Qarabağ qaziləir, GVİB-n İdarə Heyəti üzvləri, müxtəlif Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və könüllülər iştirak ediblər.
 Tədbirin keçirilməsində əsas məqsəd  Aprel və 2–ci Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma ilə yanaşı, həmçinin onların qəhrəmanlıqlarının gənclər arasında mütəmadi təbliğ olunmasıdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir