Ötən əsrin doxsanıncı illərindəki erotik filmlərimiz. Aydın Xan Əbilov yazır

Müstəqillik ərəfəsində və sonra Azərbaycanda bir seksual çevriliş baş verdi: vaxtilə Şərqi Almaniyadan gətirilən erotik və pornoqrafik foto-kartlarla böyümüş seksə-ac cavan nəsil kecmiş SSRİ-nin paytaxtı Moskvadan başlanan bu psixo-mənəvi hərəkatı həyatımıza, ədəbiyyatımıza və kinomuza daşıdılar: maraqlıdır ki, indi o şəxslərin böyük əksəriyyəti yaşlanıb və yeni nəslin İnstagram – TikTok açıq-saçıqlıqlarına olan maraqlara qarşı üsyan edirlər. İnsanlarımız nə qədər qeyri-səmimi və saxta olarmış?!.

Rusiyada, slavyan və Baltikyanı respublikalardakı bu ruhi-azadliq hərəkatı bizə yad görsənsə də, əslində 60-70-ci illərdəki Fransa tələbə hərəkatı və Qərbdəki hippilər üsyanının bizdəki sonralar sənətin, mənəviyyata mədəniyyətin, ardıyca da həyatın bütun sahələrini əhatələyən iinqilabi əksi idi ki, SSRİ-nin dağilmasi ilə nəticələndi.

Son günlər “Azərbaycanfilm”in Youtube kanalında -https://youtube.com/@AzerbaijanfilmStudio?feature=shared – 1985-1995-ci illərin bir sıra baxmadığım tammetrajlı və qısametrajlı filmlərinə tamaşa etdim: ilahi, bütün filmlərdə açıq-saçıqlıq, fahişələrin altqatda reklamı/təbliği, açıq məməşli səhnələr, yanıq erkəklərin surətləri necə idealizə edilir!..
Sabiq Sovetlər Birliyinin dəmir etik dəyərlərini deşmək üçün bu filmlər sanki bizə çevrilərək əxlaqımıza, mənəviyyatımıza tuşlanırdı. Bu ekran əsərlərinin yaradıcıları bəlkə də bilə-bilə, çox güman ki, bir çoxları bilməyərəkdən xalqımızın mənəviyyatını elə zorlayıblar ki, onların bic balaları indi TikTokda bədən satan rənglilər formasında cəmiyyətin üzünə bozarır.
“Bəxtəvər”, “Yaramaz”, “Təhminə və Zaur” (məşhur nəsr əsəri kimi oxunaqlı ovə fərdin daxili aləmi ilə cəmiyyətin savaşına həsr olunsa da, kino nümunəsi kimi fərqli oldu: film-bomba kimi bir neçə nəslin əxlaqını zaman çayında yuyub apardı), “Güzgü”, “Tələ”, “Sahilsiz gecə”, “Pəncərə” və başqa filmlərdə o dövrün rejissorları sanki yarışa girmişlər ki, görən kim daha açıq-saçıq səhnələr çəkə bilir…
Zənnimcə, o zaman kəsiyinin – qarışıq dövrün filmlərindəki seks-çaxnaşmalarına yenidən qiymət verməsək, bugünkü estetik/psixoloji/mədəni/ictimai/humanitar/demoqrafik/sosial/mənəvi/əxlaqi/bioloji/intim, bir sözlə, kulturoloji problemlərin genezisini dərk edə bilmərik…


P.S. Şərh bölümündəki keçid vasitəsilə – https://youtube.com/@AzerbaijanfilmStudio?feature=shared – 18+ filmlərlə tanış ola, bir çoxlarına baxa bilərsiz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir