Ermənistan Avrasiya və Qafqaza qarşı…
Bu günlərdə Ermənistan parlamenti Azərbaycanda sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə onun iştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılıb. Özunu qonsularından təcrid edən Ermənistanın parlamenti məhz bu gunlərdə razılaşmanı ratifikasiya etməsi aprelin 5-də keçiriləcək Aİ, ABŞ və Ermənistan təhlükəsizlik görüşü ilə bağlıdır.
Bu format regionun lider ölkəsi kimi tanınan respublikamiza qarşı yönəlib və Azərbaycanı, Cənubi Qafqazda kövrək sabitliyi hədəf götürüb.
Əslində təhlükəsizlik təminatı adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edir.
Qərb Cənubi Qafqazda yeni nüfuz bölgüsü həyata keçirir və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmaq planları qurur. Bu, bütün regionda ciddi təlatümlər, yeni müharibələr və qarşıdurmalar vəd edir.
Avropa İttifaqının Ermənistandakı missiyası qısamüddətli olmalı idi, sonradan uzunmüddətli status təsdiq olundu və onun hərbiləşdirilməsinə başlandı. Qərb bu yolla regiona hərbi müdaxiləyə başladı. Hazırda ABŞ-ın da bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir. Bütün bu proseslər Azərbaycanın sərhədlərində baş verir və təbii ki, Azərbaycana qarşı yönəlib.
Qərb inteqrasiya olunmuş, əməkdaşlıq mühitinin formalaşdığı Cənubi Qafqaz əvəzinə militarizasiya olunmuş və silah-sursatla doldurulmuş, barıt çəlləyini xatırladan region istəyir.
Həmin prosesdə Ermənistan tarixi ənənəsinə uyğun olaraq vasitə qismində çıxış edir. Bu məsələdə İran və Rusiyaya qarşı mümkün təhdid və təhlükə də qaçılmazdır.

