“Televiziya da bir silahdır: onun səmərəsi kimin əlində olmasından və kimlərə qarşı istifadə edilməsindədir” – Bahadır Əliyev

Elektron KİV-lə bağlı çoxsayli problemlərin həlli televiziya rəhbərliyindən çox, onlara hansısa formada təsir edən dairələrin məqsədindən asılıdır. Əgər məqsəd cəmiyyəti ciddi informasiya ilə təmin etməkdirsə, onda sosial və digər bəyağı verilişlər efirə yol açmaz. Yox, əgər məqsəd “Dallas doktrinası”na uyğun öhdəliyi yerinə yetirməkdirsə, yəni “Biz, ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək, şüurlarına zorrakılıq, seks kultu, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd şeyləri yeritməliyik.

Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək. Dürüstlük və vicdan məhv olacaq, keçmişin mənasız qalıqları sayılacaq. Bundan çox az adam xəbər tutacaq, hətta nə baş verdiyini biləcəklər də. Onları gülünc vəziyyətə salıb, acı durumda qoyacağıq” bu kimi acı reallığı əks etdirən verilişlər daha da artacaq.

Əgər cəmiyyətdə bütün bunlara qarşı etiraz varsa, deməli, hər birimiz bu işdə fəal olmalı, gələcəyimiz naminə mübarizə aparmalıyıq.

Bahadır Əliyev, televiziya mütəxəssisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir