Yazıcı-publisist Hacı Qəni Camalzadə ilə Purallahı oxucularınin görüşü

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 N-li kitabxana filialında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, Qarabağ müharibəsinin iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.

Tədbirdə nasir, publisist, əməkdar jurnalist İdris Şükürlü, şair-jurnalist Şahin Həmidli, Xəzər rayon MKS-nin 1 sayı kitabxana filialının müdiri Pərvanə Salayeva,4 N-li UGİM-nin müəllim kollektivi və dərnək üzvləri, 186 N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həcər Ramazanova və şagirdləri,168 N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova, 14 N-li Musiqi Məktəbinin müəllim kollektivi iştirak ediblər.

Görüş zamanı müəllif kitabları barədə ətraflı məlumat verdi, iştirakçılar tərəfindən əsərləri müzakirə olundu, yaradıcılığı haqqında suallar verildi. .4 N-li UGİM-nin bədii-qiraət dərnəyinin üzvləri “İmpuls” hekayəsindən bir fraqmenti səhnələşdirdilər.

Tədbirin sonunda yazıçı öz kitablarını kitabxanaya hədiyyə etdi. Tədbirin əsas məqsədi gənc nəslin təfəkkür səviyyəsinin formalaşması, elmli, intellektli gənc nəslin yetişməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir