Yazıcı-publisist Hacı Qəni Camalzadə – 70: silsilə yaradıcılıq görüşləri

Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə tanınmış yazıçı-publisist, maraqlı romanların və çoxsaylı hekayələrin müəllifi, l Qarabağ müharibəsinin iştirakçısı,, tanınmış ziyalı Hacı Qəni Camalzadə ilə görüş keçirilmişdir.
Görüş Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməai ilə başlanıb.
Tədbirdə “Həkəri”qəzetinin redaktoru Rauf İlyasoğlu, şair Şahin Həmidli, gənc yazar Tural Əliyev 149 saylı məktəbin müəllim və şagird kollektivi və başqaları iştirak edib.
Daha sonra yazıçının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tanınmış şair-publisist , “Qızıl Kəlmə ” TÜRKSOY-un Qaracaoğlan və Türksoy Ədəbi mükafatlarının laureatı Ağacəfər Həsənli Hacı Qəni Camalzadənin həyat və yaradıcılığı barədə geniş və əhatəli məlumat verdi. Natiq bildirdi ki, Azərbaycanın öncül yazıçıları ilə yanaşı, bir sıra maraqlı əsərləri ilə oxucu rəğbəti qazanan l Qarabağ müharibəsinin qazisi Qəni Camalzadə ilə oxucuların görüşü həmişə maraqlı və yaddaqalan olur. Cixişçi onu da qeyd etdi ki, özunəməxsus üslubu ,dəsti -xətti olan yazıçı yeni əsərlər üzərində işləyir. 17 kitab müəllifi olan Qəni Camalzadənin seçilmiş əsərlərindən ibarət olan 6 cildi nəşr olunmuşdur, daha 9 cildinin çapa hazırlanır.

Başqa qonaqların çıxısından sonra 149 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülarə Muxtarova yazıçının əsərləri haqqında fikirlərini boluşdü.
Kitabxananın ədəbiyyat dərnəyinin üzvləri yazıçının “Qayçı” hekayəsi əsasında hazırladiqlari səhnəciyi nümayiş etdirdilər.

Sonda söz müəllifə verilib: yazicı-romanist Hacı Qənizadə yaradıcılıq sirləri barədə danışıb, istirakçiların suallarına cavab verib.
Sonda Xəzər rayon MKS-nin direktoru Jalə Əliyeva çıxış edərək belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir