Xəzər rayon MKS-nin 1 nömrəli filialında yazıçı-publisist Qəni Camalzadə ilə oxucuların görüşü keçirildi


Azərbaycan oxucuları, xüsusən də gənc nəslin nümayəndələri çağdaş ədəbiyyata marağı get-gedə artmaqdadır. 28 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Mədəniyyət baş İdarəsinin Xəzər rayon MKS-nin 1 nömrəli filialında yazıçı-publisist Hacı Qəni Camalzadə yaradıcılığına həsr olunmuş oxucuları ilə görüşü keçirilib.

Yaradıcı qonaqları kitabxanana və onun tarixi ilə tanış edən direktor Pərvanə xanımın giriş çıxışından sonra söz tanınmış qələm adamlarına verdi.

Kitabxananın gənc oxucuları, ədəbi-mədəni ictimaiyyətinin nümayəndələri, tanınmış qələm və düşüncə adamlarının iştirak etdiyi ədəbiyyat görüşünü istedadlı sair-publisit, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ağacəfər Həsənli Hacı Qəni Camalzadənin məhsuldar yaradıcılığı haqqında geniş çıxış etdi.

Daha sonra “Ədəbiyyat” qəzetinin şöbə redaktoru, YYSİB sədri, AYB üzvü, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Əməkdar jurnalist, AJB-nin üzvü İdris Şükürlü, sair, AYB-nin üzvü Şahin Həmidli, ədəbiyyat müəllimi Haci Rza, oxuculardan Haci Maarif, Elcin İskəndərov I Qarabağ müharibəsi veteranı, əsərləri Azərbaycanda, Türkiyədə, Rusiyada, ABŞ-da nəşr olunan, son illərdə qələmə aldığı romanları ilə Abşeron və Bakının ədəbi ensiklopediyasını yaradan yazıçının həyatı, yaradıcılıq yolu, əsərləri haqqında çıxış etdilər.

Tədbirdə Xəzər rayon Gənclər evinin könüllüləri, 181 saylı məktəbin şagirdləri və kitabxana oxucuları fəal iştirak edərək qonaqlara və Hacı Qəni Camalzadəyə müxtəlif sualları unvanladılar, geniş ədəbi müzakirə aparıldı.

Yazıçının yaradıcılığı haqqında sual cavablar, ziyalıların iştirakçılarla olan söhbətləri , tədbirin daha maraqlı keçməsinə səbəb oldu.

Sonda yazıçı Qəni Camalzadə çıxış edərək oxucularla təşkil edilən görüşə, haqqında deyilən xoş sözlərə və göstərilən diqqətə görə iştirakçılara təşəkürünü bildirdi. Çıxışlarda ünvanına deyilmiş səmimi fikirlərə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını ifadə etdi.

Sonda müəllif imzaladığı kitabları oxucularına bağışladı, xatirə şəkilləri çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir