Efirdə zarafatdan doğan qalmaqal: “Bundan sonra hər hansı formada sözümü fırladacaqlarsa…” – YYSİB sədri, yazıcı-kulturoloq Aydın Xan Əbilov. Video
Efirdə zarafatdan doğan qalmaqal: “Bundan sonra hər hansı formada sözümü fırladacaqlarsa…”
“Yəqin ki bundan sonra korrekt davranaraq Kubra xanımla heç zarafat etməyəcəm”.
Bu sözləri efirdə Əməkdar artist Kübra Əliyeva ilə öz arasında baş verən qalmaqala aydınlıq gətirərkən yazıçı, kulturoloq Aydın Xan Əbilov Yenicag.az-a açıqlamasında deyib.
Aydın Xan bir zarafata görə aktrisa ilə aralarında narazılıq yaranacağını gözləmədiyini deyib:
“Əslində, Kübra xanımla aramızda elə bir böyük münaqişə olmayıb. Reklam fasiləsində bir zarafat etdim, xətrinə dəydi. Hansı ki biz dəfələrlə ekspertlərlə zarafatlaşmışıq və heç birinin də xətrinə dəyməyib. Ancaq Kübra xanımın xətrinə dəydi, bunu da efirdə söylədi.
Yəqin ki bundan sonra korrekt davranaraq Kübra xanımla heç zarafat etməyəcəm. Məndən əvvəl ekspert Anar Vəziroğlu tərəfindən Kübra xanımın nüfuzuna xələl gətirəcək bir çıxış olmuşdu. Amma buna baxmayaraq, Kübra xanım onunla yenə də zarafatlaşıb danışırdı. Nədənsə, yalnız mənim onunla etdiyim bir özəl zarafatı ürəyinə saldı.
Kübra xanımın xətrini çox istəyirəm, amma indən belə digər adamlar bundan ibrət götürüb ciddi, ya zarafat, fərqi yoxdur, hər hansı formada sözümü fırladacaqlarsa, o dəqiqə onlarla münasibətimə nöqtə qoyacam. Nəinki verilişlərə, hətta telekanala da… Necə ki, qoymuşam. ATV və adını çəkmək istəmədiiym bir neçə telekanala getmirəm”.
Qeyd edək ki, “Elgizlə izlə” verilişində aktrisa Kübra Əliyeva reklam fasiləsində onunla etdiyi zarafata görə Aydın Xan Əbilova xəbərdarlıq edib:
“Allaha and olsun, yerimdə başqa bir qadın və ekspert olsa, səninlə ayrı cür danışar. Həqiqətən də sənin bu sözlərindən çox incidim. Bədənim titrədi…”
Cəvahir
Kübra Əliyevadan Aydın Xana XƏBƏRDARLIQ: “Mənimlə belə zarafat etmə” – VİDEO
Əməkdar artist Kübra Əliyeva və yazıçı, kulturoloq Aydın Xan Əbilov arasında efirdə qalmaqal yaşanıb.
Musavat.com bizim.media-ya istinadən bildirir ki,hadisə ikilinin ekspert qismində iştirak etdiyi “Elgizlə izlə” ictimai-sosial verilişində yaşanıb.
Aktrisa kulturoloqla aralarında baş verən olayı efirdə danışmasa da amma üstü örtülü canlı efirdə qarşı tərəfə xəbərdarlıq edib:
“Mən elə ekspert deyiləm ki, ekspertlərlə mübahisə edim. Sən Aydın Xan mənim yaşımı da, xasiyyətimi də bilirsən, mənliyimi də tanıyırsan. Bilirsən necə anayam, nənəyəm, böyük nənəyəm. Övladlarıma və yaxınlarıma necə bir insan olduğumu da bilirsən. Sözlərinə diqqət elə. Allaha and olsun, yerimdə başqa bir qadın və ekspert olsa səninlə ayrı cür danışar. Həqiqətən də sənin bu sözlərindən çox incidim. Bədənim titrədi…
Bu nə sözlərdir sən deyirsən?
Mən sənin o sözlərinə layiq insan deyiləm. Aydınxan bu sözləri mənə reklam fasiləsində söylədi. Təzə gəlmişdik heş veriliş başlamamışdı. Bu zarafat sözlər də deyil idi və mənə də o sözlərin heç bir adiyyatı yoxdur. Sən mənimlə elə bir zarafat etmə. Siz də xahiş edirəm. Aydın sənin xətrini çox istəyirəm. Sənin o dediyin sözlər bir həftədir ki, içimdə bulanır. Çox pis oldum. Söz elə bir şeydir ki, nə qədər ağzının içindədirsə sənindir, ağzından çıxdısa artıq sənin deyil. Önündə olana o sözlər dəyə bilər. Yaxşı şey deyil. Mən bu qədər bu verilişdəyəm… Bura o qədər insanlar gəlir ki, hansısa bir söz deyib onların xətirlərinə dəymək istəmirəm. Onlara yalnız doğruları söyləyirəm”.
Aydın Xan isə diqqətlə K.Əliyevanın sözlərinə qulaq asaraq onu sevdiyini və demiş sözləri zarafat mənasında söylədiyini bildirib.

