Tanınmış yazıçı-kulturoloqun anası: Aydın Xanın belə görünməyinə baxmayın… ARB TV, “Elgizlə izlə” – Video

Yazıçı-kulturoloq Aydın Xan Əbilovun anası oğlunun şəxsi həyatı ilə bağlı bir sıra məqamları açıqlayıb.

Yenisabah.az xəbər verir ki, aparıcı Elgiz Əkbər kulturoloqun ata yurdu Lənkərana üz tutub.

A.Əbilovun anası ilə söhbətləşən zaman məlum olub ki, o, illər öncə ərini itirsə də, yenidən evlənməyə heç vaxt razı olmayıb:

“Övladlarım çoxdur, 6-sı başqa ölkədə yaşayır. Hərəsinin öz ailəsi var. Mən onlarla qalmıram, heç Aydının yanında da qalmıram, tək yaşayıram. Aydının arvadı rəhmətə getdi, ondan sonra mənə nə qədər dedi ki, ana, sən orada tək qalırsan, mənim yanıma gəl, amma mən evimdən getmək istəmədim.

Gəlinim gecə yatdı, səhər durmadı, dünyasını dəyişdi. Kiçik övladları vardı, biri 3-cü sinifdə, digəri 4-cü sinifdə oxuyurdu. Aydının belə görünməyinə baxmayın, o çox əziyyət çəkib. Yenidən evlənmədi, nə qədər dedik, dinləmədi. Sonda dedi ki, ana, məni məcbur etmə, istəmirəm. Mən də dedim ki, şəxsi işindir… “

https://yenisabah.az/kulturoloqun-anasi-aydinin-bele-gorunmeyine-baxmayin-video

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir