“Tiktokun ölkədə qadağan edilməsi bizə heç nə qazandırmayacaq” – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovla müsahibə…

“Azərbaycan dünyanın bir hissəsidir və çağdaş zamanda istifadə olunan istənilən yeni texnoloji innovasiyalar, o cümlədən də sosial şəbəkələrin qadağan edilməsi ilə bağlı səslənən fikirlər bizim zərərimizədir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı, kulturoloq, analitik ekspert Aydın Xan Əbilov bildirilib.

Onun sözlərinə görə, inkişafımızın qarşısını almaq üçün müəyyən düşmən qüvvələrin ortaya atdığı fikirlərdir: “Tiktok, youtube, Instagram və digər sosial şəbəkələr o cümlədən WhatsApp mesajlaşma platforması real həyatımızda baş verənlərin elektron əksi, virtual variantıdır. Biz əgər televizorda hər hansı bir cinayət hadisəsiylə bağlı qətl hadisəsini verlişdə izləyiriksə bunun üçün televizoru sındırmalıyıq? yoxsa cinayətdən mübarizə aparıb marifləndirmə işləri ilə aradan qaldırmağa üstünlük verəliyik? Tiktokda müxtəlif kontentlər var, istər dünyadan, qonşu dövlətdən istərsə də Azərbaycandan hazırlanmış video, şəkillər, canlı yayımlar bu günün tarixi və arxividir. Vaxt gələcək bir neçə əsrdən sonra bizim tariximizi tədqiq etmək, insanın yaşantılarını, düşündüklərini, səviyyəsini, estetik, etik səviyyəsini öyrənmək üçün çox qiymətli audioviziual, virtual materiallar kimi tədqiq ediləcək. Biz vaxtilə Nəsiminin, Nizaminin dövründən materiallar axtarırıq ki o dövrü tədqiq edək. Necə ki 18-19-cu əsrlərdə bizim tarixi hadisələrlə bağlı şəkillər, kinolentlər, xronoloji materialları çox azdır, bu gün biz əgər tiktok, internet saytlarını, portalları qadağan etsək bir neçə əsrdən sonra tariximizin bu günləri bu cür boşluqda olacaq. Alternativ məlumat və informasiya mənbəyi olaraq tiktokun kontent inkişafı ilə bağlı ölkəmizdə proqram həyata keçirilməlidir. Bu proqram həyata keçirilsə insanlar müəyyən mənada tiktokdakı yaratmış olduğu kontentə görə reklamlardan, yaradılmış internet formundan xeyir, götürsələr heç vaxt mənfi enerjili və mənfi hadisələri özündə əks etdirən materialları tiktoka yerləşdirməzlər. İnternet aləmində, virtual aləmində, həyatımızda etik davranışla, informasiya təhlükəsizliyi ilə bağlı bizim çox böyük problemlərimiz var”.

A.Əbilov bildirib ki, tiktoka görə biz 2-ci Qarabağ müharibəsindəki qiymətli audiovizual materiallar əldə edilib: “Rəsmi mənbə və Müdafiyə nazirliyinin saytında müəyyən görüntülər var idi amma təəssüflər olsun ki, o zaman təhlükəsizliyə görə xarici ölkə kanallarına icazə verilsə də bizim ölkədə o imkanlar yaradılmadı. Tiktokerlərin, hərbiçilərin çəkdiyi video həmin gün alternativ mənbə olaraq həmdə sonradan tariximizin bu şanslı səyfəsini qızıl hərflərdən gələcək nəsillərə çatdırmaq üçün çox qiymətsiz, dəyərsiz materiallardır”.

Müsahibimiz qeyd edib ki, Xudayarın mahnısı da rəsmi kanallar tərəfindən çəkilmiş deyildi, məhz Xudayarın dostları tərəfindən çəkilmiş video idi: “İlk dəfə o tiktokda yayımlanmışdı və tiktokun ölkədə qadağan edilməsi əslində bizə heçnə qazandırmayacaq. Əksinə bizim beynəlxalq ailəmdə imicimizi məhv edəcək. Tiktok qadağan edilsə yenədə alternativ asiya resursudur və orada müəyyən azadlıqlar var. Onun əvəzinə ABŞ-ın , Rusiyanın platformaları önə çıxacaq. Orda dəhşətli insanların beyinlərinin yuyulması üçün və virtual müharibələr, şərqdəki inqilablar üçün materiallar yayımlanır. Məncə bu daha pis nəticələr verə bilər nəinki tiktok. Tiktokun inkişafı ilə əlaqədar dövlət proqramı yaradılsın”.

Kulturoloq sonda vurğulayıb ki, 15 il bundan əvvəl ABŞ-ın , Kanada da , Avıstralyada internetin kontent inkişafı ilə əlaqədar texnoloji və imformativ bilgili ilə bağlı məzmunuyla bağlı çox böyük internet proqramları qəbul edildi: “Bu proqramlar ABŞ-da 20 milyarda yaxın bu yöndə vəsait hazırlanıb. Azərbaycanda biz dəfələrlə tənqid etmişik ki rəqəmsəl inkişaf və nəqliyyat nazirliyinin nəzdində bir internet formu yaradıldı. Amma bu internet formu məhz nazirlikdə işləyən keşmiş məmurların və onların qohumlarının yaratmış olduğu şirkətlərin inkişafı ilə əlaqədar yardım etməyə başladı. Azsaylı bir-iki pul buraxmağa başladılar ümumən internetin məznunu ilə bağlı heç bir xeyir verməyən layihələrə pul buraxıldı. Buda özü-özdüyündə əlbəttə ki, dövlətin nəzarətində idi ona görədə o fondun inkişafında uğurlu olmadı. O fondun nə ilə məşğul olduğunu heçkim bilmir. Amma gəlin baxaq dünyanın bir çox ölkələrində o cümlədən Türkiyə, İranda, Ermənistanda, Rusiyada avropa ölkələrində internetin kantenti və məzmunu ilə bağlı müxtəlif platformalarda virtual etik, intelektual dəyərlərin inkişafı ilə əlaqədar çox böyük proqramlar, layihələr həyata keçirilir. Məsələn bizim kitabxana.net portalı Azərbaycanın internetin inkişafına təsiri olmuşdur. Məhz resursun azlığı onun inkişafının qarşısını aldı və tiktokunda sosial şəbələrin inkişaf etdirilməsi bu yöndə aparılmalıdır və dövlətin nəzarəti də olar, pul buraxdıqca orda müəyyən qadağa edici alətlərdə yarada bilər. İnternetin inkişafı ilə əlaqədar Azərbaycanda internet şurası və fondu yaradılmaldır. Sonda onu da bildirim ki, tiktokerlərin hədiyyələrin pul yuyulması ilə bağlı söz-söhbətlər çoxdur. Düşünürəm ki, bu yönünü də müəyyən orqanlar var onlar nəzarət edə bilərlər. Tiktokerlərin arasında da etik normalar yerləşdirmək olar.Jurnalistlərin və peşə sahiblərinin davranış, etik normaları var, yeni virtual variantda bunu eləmək lazımdır. Böyük Britanya, ABŞ və böyük ölkələrdə bu var, bunu ölkəmizdə də tətbiq etsək məncə bu qədər qeyri-qanuni və valideynlərin, cəmiyyətin marağına səbəb olan anların qarşısını ala bilərik. İstənilən halda tiktok çox böyük platformadır və Azərbaycan əhalisinin demək olar ki, 80% orda oturur və maraqlıdır ki, 80% yox bir-iki nəfərin qeyri-qanuni işlərinə görə platformanı bağlamaq absurt səslənir”.Müəllif: Sevilin Abbasova

https://sia.az/az/news/social/1127991.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir