“Azərbaycan 2030: Sosial iqtisadi inkişafa dair, Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi və rolunun artırılması təşəbbüsləri”

Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Azərbaycan Gənclər Fondunun  maliyyə dəstəyi ilə 1dekabr 2023-ci il tarixdən icrasına başladığı “Azərbaycan 2030: Sosial iqtisadi inkişafa dair, Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi və onların bu istiqamətdə rolunun artırılması təşəbbüsləri” layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib.

Tədbir yanvar ayının 22-dən fevral ayının 2-sinə qədər Qazax və Ağstafa rayonlarında “Azərbaycan 2030: Sosial iqtisadi inkişafa dair, Milli Prioritetlərlə” bağlı gənclər arasında diskusiya xarakterli təlimlər çərçivəsində həyata keçirilmişdir.

Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən ali və orta ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdləri və həmçinin, rayonda aktiv fəaliyyət göstərən gənclər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verib. H.Əzəmmədov çıxışı zamanı bildirdi ki,  ölkəmizin iqtisadiyyatının güclənməsində, vətəndaşlarımızın güzaranının yaxşılaşmasında hər bir Azərbaycan vətəndaşı və həmçinin gənclərimiz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Bugünki gün aparılan uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər onu deməyə əsas verirki, Azərbaycan iqtisadiyyatı qorunur, inkişaf etdirilir və gündəlik həyatımızda bu gerçəklik özünü göstərir.

Daha sonra geniş məlumat vermək üçün söz təlimçi-ekspert Arzu Əhmədovaya  verildi. Təlimçi, öz növbəsində, tədbir iştirakçılarına maarifləndirici tövsiyyələrini verdi, mövzu ilə bağlı məlumatları ötürdü. Sonra tədbir diskussiya şəklində davam etdirildi.

   Tədbir iştirakçılarına layihə çərçivəsində üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər də paylanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir