Evlilikdə yaş faktoru nə dərəcədə önəm daşıyır? YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun liberal fikirləri…
“Evlilikdə yaş faktoru hər zaman aktual bir problem olaraq cəmiyyətin qarşısında durub. Müxtəlif dövrlərdə yaşla əlaqədar neçə yaşdan ərə vermək, neçə yaşda evləndirmək olar sualı ətrafında diskussiyalar olub”.
Bu sözləri SİA-ya açıqlamasında yazıçı, kulturoloq, analitik ekspert Aydın Xan Əbilov bildirilib.
Onun sözlərinə görə, şərqdə və Azərbaycanda islami dəyərlərdən çıxış edərək qız və oğlan özü tanıdıqdan sonra onları evləndirin deyə bir düşüncə ilə fikirləşiblər. Uzunömürlülük az olduğuna görə məsələn 30 yaş ağsaqqal, 40 yaş isə artıq dünyasını dəyişmə vaxtı sayılırdı. Ona görə uşaqları tez evləndirirdilər 12-13 yaşdan artıq uşaqları nişanlandırır, bir il nişanlı qaldıqdan sonra 14 yaşında evləndirirdilər. Təzə evlənənlərin ailəsində genişlənmə, yəni say artımı baş verir daha sonra uşaqlar dünyaya gəlirdi və bu uşaqların bir çoxu həyatını tez dəyişirdi. Çünki səhiyyə, tibb, dəva-dərman o qədər də inkişaf etməmişdi və müalicə etmək üçün başqa şəhərlərə getmək olmurdu. Ona görə də uşaqların çoxu tələf olurdu, təbii seçmə yoluyla təbiətdə özünü qoruyub saxlaya bilən, sağlam uşaqlar böyüyür və onlar da beləcə evlilik qururdular. Amma sovet dövründə 20-ci illərdən sonra artıq bu məsələ ilə bağlı müəyyən elmi araşdırmalar aparıldı və hər iki tərəfin də 17-18 yaşdan sonra nikaha girməsi məsləhət görüldü. Çünki ana olmaq üçün qız uşaqlarının orqanizmi 18-25 yaşa qədər formalaşma dövrünü keçir, eyni zamanda, dünyaya sağlam, fiziki və mənəvi cəhətdən sağlam intelektuall səviyyəsi yüksək olan bir övlad gətirmək üçün isə ataların 18-25 yaş arasında evlənməsi məsləhət görülürdü.
Azərbaycanda bu, 17-18 yaşdan başlayır və indinin özündə isə azyaşlıların nikaha girməsi ilə bağlı Azərbaycanda ictimai polemikalar gedir.
Fikrimcə, evlənmək üçün ən ideal variant orqanizmin hər mənada oturuşduğu 25 yaşdır.
Nikah yaşını biz, ümumiyyətlə, qaldırsaq, məsələn, 20 yaşdan sonra nikaha girilməsinə icazə verilsin ki, bunun da siyasi ictimai, sosial, elmi və mənəvi dəyəri var. 20-22 yaş arası qız və oğlan uşaqları məktəbə daxil ola bilərlər və oğlan uşaqları könüllü hərbi xidmət keçə, iqtisadi cəhətdən formalaşa, müstəqil ola, iş və sənət sahibi ola bilərlər. Mən müxtəlif sosial verilişlərdə iştirak edirəm və o qızlar 15-17 yaşında ərə verilib, oğlanlar ki, 17 yaşdan sonra evləndirilir, onların dünyaya gətirdiyi uşaqlar fiziki əlil, müxtəlif xəstəlik daşıyıcılarıyla aramıza daxil olurlar. Bu da cəmiyyət üçün gələcəkdə problem yarada bilər. Fərdlər arasında ən çoxu 5 yaş fərq ola bilər, 5-dən çox olduqda böyük problemlər yaranır. Çünki yaşlaşdıqca insanın bir çox cəhətləri kimi onun ailənin möhkəmlənməsində olan intim münasibətlərə daxil olması və yaxud intim münasibətlərin yüksək saxlanılmasında böyük problemlər yaşanır. Qadının ana olmasl ictimai faktor olaraq cəmiyyətin həyatında, ölkənin idarə edilməsində rolunu artırmaq üçün onların formalaşması, sağlam ana kimi dünyaya uşaq gətirməsi önəmlidir. Qadın 25 yaşdan aşağı uşaq gətirirsə, bunların böyük əksəriyyəti ən azı faiz göstərəcəsinə görə sağlam olmurlar. İndiki xanımlar isə 15-18 yaşında nikaha daxil olur, onlar isə təbii yolla dünyaya uşaq gətirmək istəmirlər. Ona görə də 80% analar indi əməliyyat vasitəsilə uşağını götüzdürürlər. Həm öz sağlamlığında, ailə arasında, həm də gələcək övladının sağlamlığında böyük bir problemlər olur. Hər halda biz təbiətdən ağıllı deyilik, əgər təbiət ananı məcbur edib böyük əziyyətlər, fiziki güc vasitəsilə dünyaya uşaq gətirməmizi bizim orqanizmimizə qoyubsa, ondan sui-istifadə etmək olmaz. Əgər biz təbiətə qarşı çıxsaq, əlbəttə ki, təbiət də onun cavabını verəcək. Bu qədər xəstə uşaqların dünyaya gəlməsinin bir səbəbi də dediyimiz həmin yollarla uşaqları dünyaya gətirmələridir. Biz texnikanın, elmin inkişafının əleyhinə deyilik və inanırıq ki, səhiyyə, tibb inkişaf edəcək. Hətta yaxın gələcəkdə əməliyyatla dünyaya gətirilən uşaqların sağlamlığı ilə bağlı əvvəlcədən planlaşdırılmış nano texnologiyalarla, genetik kodu və xəritələrlə dəyişdirilmiş müəyyən xəstəlikləri gendə və toxumda uzaqlaşdırmaqla sağlam nəsil yarada bilərik. Amma fakt odur ki, buna hələ ki, buna zaman, elmi təcrübələr, araşdırmalar, tədqiqatlar, texnologiyaları inkişaf etdirmək vacibdir. Hələ ki, biz ona gedə bilmirik və bu baxımdan, təbii yolla dünyaya uşaq gətirmək üçün qadının kişiylə yaş fərqi o qədər də böyük olmamalı, qadın 20 yaşdan sonra dünyaya uşaq gətirməyə çalışmalı, evliliyində tez yox, müəyyən yaşda baş verməsi önəmlidir”.
Sevilin Abbasova,