“Elektron ticarətin müsbət tərəfləri çox olsa da, mənfiləri də mövcuddur” – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov

“İnternet həyatımızın bütün sahələrinə daxil olduğu kimi virtual ticarət, onlayn iqtisadi münasibətlər və elektron alış-veriş gün keçdikcə daha da güclənir və Azərbaycan cəmiyyəti də bundan maksimum yararlanmağa çalışır. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da olayn reklam olunan məsulların satışı artır. İnsanlar təmbəlləşdiyinə, komforta öyrəşdiyinə görə, hətta ərzaq məhsullarını belə artıq alqı-satqı və daşınma şirkətlərinin elektron saytlarından yararlanaraq, əldə edirlər. Məsələnin müsbət tərəfləri çox olsa da, mənfiləri də mövcuddur”.

Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, hərəkətsizliyin insanları məhv etdiyi bir dövrdə elektron ticarət insanları daha da tənbəlliyə sövq edir: “Qlobal dünyaya fikir verdikdə Azərbaycanla müqayisədə, böyük ölkələrdə daha çox biznes strukturları elektron ticarətdən yararlanmağa çalışırlar. Bizdə isə bu məsələ daha çox fərdi xarakter daşıyır.
İnsanlar fərqli və daha yararlı məhsullar əldə etmək üçün marketlərə, geyim mağazalarına və ya iri ticarət mərkəzlərindəki məsullarla tanış olduqdan sonra məsul əldə etsələr, bu daha yararlı olar. Xüsusilə də ərzaq məhsullarını onlayn şəkildə almaq heç düzgün deyil. Çünki ərzaq məhsulları birbaşa olaraq orqanizmimizlə və sağlamlığımızla bağlıdır və onları görərək, etiket məlumatları ilə tanış olub, əldə etmək lazımdır.
Hazırda isə Azərbaycanda çox gözəl ticarət sistemi yaradılıb”.

https://sia.az/az/news/social/1125608.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir