QHT-lərimiz: çağdaş tariximizin ictimai təsisatları. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi 1993-cü ildən gənclər arasındat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliğini aparırıq. Real və virtual təlim və kursların  təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edərək kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar və s. sahələrdə fəaliyyətini qurub.

Hazırda Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovdur.

Təşkilat 13 il respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni media və İnternet kitabxana, e-itab, bloqqerlik, sosial media, alternativ təhsil fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 20 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələrini reallaşdırıb. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. QHT-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana –  İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın anadilli elektron resursu fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs təşkil edib və 10000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə verilib. 10-dan çox  sənədli film, 100-dən çox sosialəhəmiyyətli çarx, minlərlə elektron nəşrlər, yüzlərlə TV verilişlər hazırlayıb yayımlanır.

QHT-nin fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır.

Vətəndaş cəmiyyəti təsisatı olaraq fəaliyyət istiqamətlərinə uyğun ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir,  hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

Təşkilat Nizamnaməsinə uyğun olaraq, 1998-ci ildən etibarən, gənclərlə bağlı layihələr həyata keçirir, eləcə də elm, mənəviyyat, təhsil, mədəniyyət, ədəbiyyat hadisələrinin təşkili, yeni media, İnternet və elektron kitabxana, audio-vizual kontent yaratmaq üzrə ixtisaslaşıb.

QHT və onun üzvləri müxtəlif sahələr üzrə yerli, milli və beynəlxalq mükafatlara layiq görülüblər. Təşkilatın sıralarında Prezidentin illik fərdi təqaüdünü almış yaradıcı şəxslər var. Təşkilatın müxtəlif yazılı və elektron KİV-də, İnternet və sosial şəbəkələrdə, yeni media və saytlarda, TV-lərdə ekspert kimi mütəmadi çıxış edən intellektual üzvləri var. Sədri bloqqer və müəllif kimi kitabları, saytları olan üzvləri də QHT-nin sıralarında birləşirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir