Zəlzələ zamanı nə edilməli, necə qorunmalı? Zəlzələ zamanı istifadə edilə bilən – Mobil proqramlar

Zəlzələ zamanı nə edilməli, necə qorunmalı?

Bu gün səhər saatlarında paytaxt Bakı ərazisində baş verən zəlzələ insanlar arasında təşvişə səbəb olub.

Bu hadisə onu göstərdi  zəlzələ gözardı edilməməlidir.

Ona görə də, bu təbii hadisə zamanı fəlakət yaşamamaq üçün bir sıra önləmlər almalıyıq.

Hit.az zəlzələdən əvvəl və sonra etməli olduğumuz davranış qaydalarını təqdim edir.

-Əvvəlcə sakit olmaq lazımdır. Çünki çaxnaşma səhv hərəkətlər etməyə səbəb ola, riski artıra bilər.

-Aşma ehtimalı olan və yaralanmanıza səbəb ola biləcək şkaf, rəf kimi mebellərdən uzaq durmalısınız.

-Pəncərə, balkon, pilləkənlərdən də uzaq durmalısınız. Onlar çökə, sağlamlığınızı riskə ata bilər.
 
Qapıların da güvənli yerlər olmadığı məlumdur.

Məlumdur ki, zəlzələnin nə zaman və nə qədər güclü olacağını əvvəlcədən bilmək mümkün deyil. Ona görə də, zəlzələdən qorunmaq üçün tədbirlər görülməlidir. 

Bu tədbirlər can və mal itkisini minimuma endirə bilər.

-Tikinti qaydası və texnikasına uyğun tikilmiş, zəlzələyə davamlı binalara üstünlük verilməlidir.

-Evlərin zəlzələyə davamlılığını öyrənmək üçün ekspertlər tərəfindən testlər edilməli, lazım gələrsə, binanın dözümlülüyü artırılmalıdır.

Mebellər zəlzələ zamanı təhlükə yarada bilər. Ona görə də, kitab rəfləri, mebellər, divan və kreslolar sabitlənməlidir. Eyni zamanda, şkafların içərisindəki əşyalar da risk təşkil edir. Bunun üçün şkaflarda əlavə kiliddən istifadə edərək önləm ala bilərsiniz.

Mebellərin yerləşdirilməsi də önəmlidir. Zəlzələ zamanı çıxışda sizi yavaşladacaq, yaxud əngəl olacaq, mebellərin yeri dəyişdirilməlidir.

Əsas məsələlərdən biri isə bütün ailə üzvləri üçün zəlzələ çantası hazırlamaqdır.
-Güclü zəlzələ zamanı evdən çıxmağa çalışmaq da yaralanmaların əsas səbəbidir. 

Ona görə də, evin içərisində daha güvənli yerə keçməlisiniz.

-Stullarla çərçivələnmiş masa altına, ağır kreslo kimi əşyaların yanına keçib dizlərinizi sinənizə çəkin. Bu zaman bir əlinizlə sabit əşyadan tutmalı, digər əlinizlə başınızı qorumalısınız. Sarsıntı keçənə qədər olduğunuz yerdə qalmalısınız.

-Evdə deyilsinizsə, güvənli bir yerə keçməlisiniz. Ətrafdakı binalardan düşəcək pəncərə, elektrik dirəklərindən uzaq durmalısınız.

Sevinc

Zəlzələ zamanı istifadə edilə bilən – Mobil proqramlar

Ötən gün səhər saatlarında Bakıda 5.6 bal gücündə zəlzələ olub. Ocağı 68 km dərinlikdə yerləşən zəlzələ paytaxtda və bir neçə rayonda da hiss edilib. 

Bəs, hər an qaçılmaz olan təbii fəlakətləri əvvəlcədən dəqiqliklə bilməsək də, onun fəsadlarını necə azalda bilərik?

Bu məqamda texnologiyanın inkişafı təbii fəlakətlər zamanı da köməyimizə çatır.

Bir çox mobil proqramlar hətta zəlzələ zamanı əlçatanlığı təmin edə bilər. 

Həmin mobil proqramları təqdim edirik:

Son zəlzələ

Bu, zəlzələlər haqqında dərhal məlumat əldə etməyə imkan verir. Proqramda ailəniz və yaxınlarınızla da ünsiyyət qura bilərsiniz. 

BRIDGEFY

İnternet əvəzinə Bluetooth bağlantısı ilə işləyən bu proqramda yüz metrə yaxın insanlarla ünsiyyət qura bilərsiniz. Tətbiqdən nə qədər çox insan istifadə edirsə, məsafə bir o qədər geniş olur, çünki smartfonlar həmin vaxt baza stansiyaları kimi çıxış edir.

Mən Təhlükəsizəm

Məkan barədə məlumat GPS vasitəsilə seçdiyiniz beş nömrəyə SMS olaraq göndərilir. 

VOXER

“Push-to-Talk” xüsusiyyətinə malik olan proqram Wi-Fi, 3G, 4D və EDGE kimi bir çox əlaqəni dəstəkləyir.

Zəlzələ xəbərdarlığı

Bu proqram sayəsində dünyanın hər yerindən canlı zəlzələlər haqqında məlumat əldə etmək mümkündür. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir