Fədəkar Azərbaycan və Lənkəran polis əməkdaşları: vətəndaşlarımızın güvəndiyi dövlət qurumu. Leyla Məcidova yazır

Polis idarələri, hüquq mühafizə orqanlarının ən çevik hissəsi olaraq, bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir və dövlətin ən etibarlı dayağı sayılır. Bütün dünyada polis orqanları çöx çətin şəraitdə işləyir. Əlbəttə, kənardan baxana, hər şey asan və rahat görünür. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çöx seçilir…

Axşamdan səhərə qədər hər kəs rahat yatır, ancaq polis əməkdaşları yuxusuz qalır, asayişi qoruyur və ona güvənən vətəndaşlarımız da heç nədən narahat olmur. Çünki bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanunlara məsuliyyətlə xidmət etməyi özünə şərəf bilir. Belə çətin şəraitdə çalışan, asayişimizi, əmin-amanlığımızı qoruyan peşə sahibləri haqqında, hər hansı bir formada, aşağılayıcı ifadələr işlədən şəxslər isə, söz yox, nankor və öz şəxsi məqsədlərini hər şeydən üstün tutanlardır.

Polisin şərəfli, məsuliyyətli fəaliyyətinə kölgə salmaq istəyənlərin bir məqsədi var: dövlətçiliyimizin keşiyində hər zaman sayıq duran vəzifə adamlarımıza ölkədə bu yolla qarşıdurma yaratmaq istəyirlər. Ancaq unudurlar ki, ictimai təhlükəsizlik bütün dövrlərdə həm xalqı, həm cəmiyyəti, həm də dövləti maraqlandıran məsələdir. Bunun da aparıcı qüvvəsi polisdir. Ona görə də polisi gözdən salmağa cəhd edənlər, necə deyərlər, öz oturduqları budağı kəsənlərdir. İnkişaf etmiş dövlətlərdə asayış keşikçilərinin daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edir, islahalar həyata keçirir. Hüquqi, demokratik dövlətlərdə polisin xidmət səviyyəsinin təkmilləşdirilməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə polis peşəsi çətin və şərəfli olaraq qalır.

Ölkəmizdə də belədir. Dövlət başçımızın düşünülmüş siyasi kursu nəticəsində respublikamızda siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi, insan hüquqları ədalətli şəkildə qorunur və əhalinin təhlükəsizliyinin təmin edilməsi öndə duran məsələdir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, iş olan yerdə nöqsanda olur. Ancaq unutmamalıyıq ki, polis ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir. Eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır. Ona görə də hər birimiz polisə arxa-dayaq olmalıyıq. Çünki polis də dövlətin arxa-dayağıdır.

Biz bunu Lənkəran polisinin timsalında görə bilirik: gündəlik mürəkkəb fəaliyyəti ilə cənub diyarındakı vətəndaşların rəğbətini qazanmış polis əməkdaşlarımızın səyi nəticəsində ölkəmizin bu iri rayon və şəhərində son illər ciddi əmin-amanlıq hökm sürür. Belə ki, Lənkəran şəhər-rayon polis şöbəsinin rəisi polkovnik Azər Cahangirovun rəhbərliyi altında burada aparılan nümunəvi fəaliyyəti aydın görürük. Lənkəran rayonunun və şəhərinin hər bir tədbirində yüksək səviyyədə iştirak edən polis əməkdaşları A.Cahangirov tərəfindən təqdirəlayiq idarəçilik və təşviqatçılıq bacarığı ilə səfərbər edilmişdir. Hər bir əməkdaş tələbkarlığı hiss edir, məsuliyyətini dərk edir.

Lənkəran polisinin əməkdaşlığı sırasında ayrıca olaraq mayor Yasin İbrahimli haqqında danışmasaq qusur olar. Y.İbrahimli işinə təvəzökarlıqla yanaşır, professionallığı ilə seçilir. Hər bir vətəndaşa qayğı və diqqətlə yanaşır. Həqiqi dövlət qulluqçusu olduğunu heç vaxt unutmur.

Bu məqamda lənkəranlıların polisə olan münasibətini yerli şair Məmməd Həbibin şerindən bir parçanı təqdim etməklə vurğulamaq istərdik.


Yanir işıqları yenə binanın,
Gecədən keçsə də, orda iş gedir.
Zəhmət cövhəridir əzəl insanın
Mələklər çiynində çəkiliş gedir.

Hamı əməlinə cavab verəcək,
Yaxşı polislərə hörmətim vardır.
Bu gözəl binada onları görcək
Bildim “Polis” adlı şöhrətim vardır.

Vaxt keçir hələ o, iş yerindədir.
Alnı puçur-puçur, tərdir, gərgindir.
Heç bilmir evində işlər necədir?
Onu bir kəlməylə sən də sevindir.

Haqsızın tələbi incidir onu,
Deyir: “Qanun buna yol vermir kişi!”
Gözünə nur saçır qərarın sonu
Zövq verir könlünə gördüyü işi.

Şairəm, bəsirət gözü var bizdə
Görürəm xalqımın zərrin barını.
Axtarsaz, taparsız onları siz də,
Arayın polisin sıralarını.

Göründüyü kimi şair səmimi hisslərini qələmə almaqla polisə münasibətini poetik dilə almış. Sevinirəm ki, cəmiyyətimizdə mənimlə həm fikir olanların sayı minlərlədir. Bəli, fədakar polislərimiz bu diqqətimizə, qayğımıza həqiqətən də ehtiyacı vardır.


Leyla Qadir qız Məcidova,

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru tarix üzrə f.d.b/m

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir