Zəfər və Bayraq Günlərinə həsr olunmuş növbəti “Qəhrəmanlar Guşəsi”-nin açılış mərasimi baş tutdu

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin ofisinin qarşısında yaradılmış Milli Qəhrəmanlar, Şəhid Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Qəhrəmanlar guşəsinin” açılış mərasimi keçirilib.

Tədbirdə Millət vəkilləri, Rayon İcra nümayəndələri, Şəhid Milli Qəhrəman ailələri, Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələri, sağ Milli Qəhrəmanlar, sağ Vətən Müharibəsi Qəhrəmanları, Şəhid ailələri, bir çox ictimai xadimlər və vətənpərvər müğənnilər iştirak edirdi.

5 noyabr 2023-cü il tarixində “Vətən Qəhrəmanları Cəmiyyəti” MMC, Vətən Qəhrəmanları saytı və MQTİB Nərimanov şöbəsinin təşəbbusu və Maddi vəsaiti hesabına, eləcə də Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təşkilati dəstəyi ilə qurumun ofisinin qarşısında Milli və Vətən qəhrəmanları guşəsinin açılış mərasimi baş tutub.Milli və Vətən Qəhrəmanlarının anaları, eləcə də şəhid ailə üzvləri və qazilərun, eyni zamanda, geniş ictimaiyyətin, Milli Məclis üzvlərinin iştirak etdiyi mərasim Zəfər və Bayraq Günlərinə həsr olunmuşdu.

Tədbirdə MQTİB Nərimanov şöbəsinin sədri, VQC rəhbəri Ədhəm Məmmədov, məsul əməkdaş Nərmin Səfərova, Polad Həşimovun anası Səmayə xanım, Milli Məclisin deputatı Aydın Hüseynov, şəhid anaları, ataları, qazilər, həmçinin digər tanınmışlar çıxış edərək belə qəhrəmanlıq güsələrinin bütün binaların qarşısında açılmasının təklif etdilər.Daha sonra mərasimin bədii hissəsi baş tutdu…

Vətənpərvərlik ruhunun gənclər arasında aşılanması və qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev cənablarının hər zaman xüsusi diqqətində olub. Bu diqqət nəticəsində də E.Həbibullayev cənablarının dəstəyi və təşəbbüsü ilə növbəti “Qəhrəmanlar guşəsi” açılış mərasimi həyata keçirilirdi. Tədbir iştirakçıları bu təşəbbüsə görə Elgin Həbibullayev cənablarına dərin minnətdarlıqlarını bildirdilər.

Milli Qəhrəmanlar Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov və heyəti başda Nərimanov Rayon İcra Başçısı Elgin Həbibullayev cənabları olmaqla İcra Başçısının birinci müavini Zaur Hüseynova və Nərimanov Rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafova bu guşənin yaradılması və ərsəyə gətirilməsində göstərdikləri xüsusi diqqətə görə öz təşəkkürlərini bildirdi.

Daha geniş burada: https://www.facebook.com/media/set/?vanity=Aydinxan.ebilli&set=a.10232234942272508

Nərmin Səfərova

https://vetenqehremanlari.az/2023/11/07/novb%c9%99ti-q%c9%99hr%c9%99manlar-gus%c9%99si-nin-acilis-m%c9%99rasimi/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir