Şabranda “Ölumsüz qəhrəmanlar” almanaxinin təqdimatı keçirildi. Qayğı və Himayə Xeyriyyə Fondunun layihəsi

Qayğı və Himayə Xeyriyyə Fondunun layihəsi çərçivəsində 26 sentyabr tarixində Şabran şəhərindəki Xaqani Poeziya Evinində “Ölumsüz qəhrəmanlar” almanaxinin təqdimat mərasimi təşkil olunub.

Qələbə soraqlı ədəbiyyatımız, Vətənpərvərlik mövzusu və çağdaş milli ədəbiyyat məsələləri haqqında layihə rəhbəri Gülayə Rzayeva giriş çıxışı ilə tədbiri açıb.

Daha sonra məclisdəki şair və yazıçılar və vətənpərvərlik kitablarının müəlliflərinin müzakirəxarakterli çıxışları dinlənildi.

Bildirildi ki, silsilə tədbirlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu sentyabr ayının əvvəlindən reallaşdırmağa başladığı, “Vətən müharibəsi qəhrəmanları: Böyük qələbənin kulturoloji-ədəbi neo-təbliği” adlı ikiaylıq layihəsi çərçivəsində kecirilir. Layihə rəhbəri, “Qayğı və Himayə” Xeyriyyə Fondunun prezidenti Gülayə Rzayevadır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, eləcə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə layihəyə verdikləri dəstəyə görə xüsusi minnətdarlığını çatdıran G.Rzayeva layihə haqqında geniş məlumatları iştirakçılara çatdırdı. O bildirdi ki, reallaşdırdıqları kreativ layihə ənənəvi – ədəbiyyat və yeni vizual formaları özündə birləşdirməklə məktəbli, tələbə, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik, Vətən uğrunda canını keçmək kimi müqəddəs hissləri aşılayan II Qarabağ Zəfərini xalqımıza yaşadanların, xüsusən də Ali Baş Komandan İlham Əliyev başda olmaqla, qəhrəmanlarımızın, şəhid və qazilərimizin igidliklərinin sənət dili ilə ədəbi-poetik salnaməsini yaratmağı nəzərdə tuturdu və məqsədləırinə də nail olublar. Vətən müharibəsində igidlik göstərənlərin qəhrəmanlıqlarını indiki və gələcək nəsillərə tanıtmaqla, ən yeni estetik alətlərdən yararlanmaqla, şanlı Qələbənin ədəbi formalarda, müxtəlif janrlarda əbədiləşdirilən poeziya və publisitika nümunələrindən ibarət kitab, həmçinin iki buraxılış İnternet TV veriliş artıq ədəbi-mədəni ictimaiyyətin diqqətinə təqdim edilir.

Fotolar: https://www.facebook.com/photo?fbid=812008577595756&set=pcb.812010560928891

Vətənpərvərliyin zirvəsi sayılan müharibə qəhrəmanlarının işıqlı obrazlarını həm çağdaş humanitar düşüncəmizdə, həm ədəbiyyatımızda, həm milli-mənəvi ideologiyamızda, həm də İnternet resurslarımızda yaratmaqla, gənc nəsilə tanıtmaq, davamlı təbliğat aparmaqla dövlətimizin bu sahədə apardığı siyasətə dəstək durmaq üçün fəaliyyətlər həyata keçirilməsi bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Ölkə daxilində və dünyada Azərbaycanın möhtəşəm Qarabağ Zəfəri ilə bağlı həqiqətlərin, yeni ədəbi əsərlərin geniş yayılmasına səbəb olması üçün səylər göstəriləcək. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın Qarabağ Zəfəri haqqında yaradılan yeni ədəbi nümunələrin geniş yayılmasına səbəb olacaqdır.

YeniMedai.net

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir