“Yalnız irəli – 4” sənədli filminə baxış və layihənin yekun ictimai təqdimatı

29 sentyabr 2023-cu il tarixində, Bakı səhərində yerləşən, Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbin Böyuk Akt zalında Şuşalı qəhrəman, bu orta məktəbin məzunu İsrafil İbrahimova həsr olunmuş “Yalnız irəli-4” sənədli filmi nümayiş olundu.


Qəhrəmana həsr olunmuş bu maraqlı sənədli film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb.

Geniş ictimaiyyət, Şuşalılar, şəhid və qazı ailələrinin anaları, nümayəndələri, QHT liderləri, yaradıcı ziyalılar, qəhrəmanın ailə üzvləri və KİV əməkdaşlarının iştirak etdiyi mötəbər tədbirdə əvvəlcə filmə baxış baş tutdu.

“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliynin sədri Tahirə Məmmədova öz çıxışında bildirdi ki, rəhbərliyi altında həyata keçirilən layihə artıq 4-cu filmi ilə Qarabağ müharibəsindən igidlik göstərmiş Şuşalı qəhrəman hərbiçilər haqqında silsilə vizual ensiklopediya hazırlayaraq gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə töhfə verməyə çalışır.

Daha sonra söz alan mötəbər qonaqlar “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi tərəfindən həyata keçirilən layihələri yüksək dəyərləndirirlər, filmi alqışladılar.

Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbin şagirdləri və başqa kreativ yeniyetmələr vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiyaları nümayiş etdirdilər.

Qarabagdakı Qələbəmizə görə Ali Baş Komandan İlham Əliyev cənablarına, hərbçilərimizin, şəhid ailələrinə, eləcə də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinə layihəyə verdikləri dəstəyə görə təşəkkurlərini çatdiran “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliynin sədri Tahirə Məmmədova yekun çıxışında iştirakçılara, əməyi keçən hər kəsə təşkilat adından xüsusi minnətdarlığını bildirdi.
Xatırladaq ki, sənədli filmin istehsalçısı “Vətən Media” Yaradıcılıq Qrupudur.
İctimai Birliyin və layihənin rəhbəri Tahirə Məmmədova, filmin ssenari müəllifi və rejissoru Teymur Zahidoğludur.

Yalnızİrəli💪🏻

QəhrəmanlarÖlmür🇦🇿

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir