“Azərbaycan cəmiyyəti həm düşmənlərimizə, həm də dostlarımıza kədər və sevinc anlarını yaşatdı” – Aydın Xan Əbilov, YYSİB sədri

Zəfər, Anım, Qələbə sevincli gün…

“Azərbaycan cəmiyyəti həm düşmənlərimizə, həm də dostlarımıza kədər və sevinc anlarını yaşatdı” – Aydın Xan Əbilov, YYSİB sədri

https://herbiand.az/post.php?id=44408

“Çağdaş Azərbaycan tarixinin ən şərəfli 44 gününü öz xalqına yaşatmış Ali Baş Komandan İlham Əliyev və onun rəhbərliyi altında silahlı qüvvələrimiz, xalqımız çox möhtəşəm zəfərə imza atdılar. Söz yox ki, 21-ci əsr müharibələr deyil, elm, texnologiya, internet əsridir, süni zəka və dronların dövrüdür. Amma nə edək ki, bizim bəxtimizdən elə bir qonşu, çörəyi dizi üstə olan elə insanlar düşüb ki, son bir əsrdən çox başımıza dəfələrlə oyunlar açıblar”.

Bu sözləri Herbiand.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O, qeyd edib ki, 44 gün Azərbaycanın tarixində çox maraqlı, şərəfli və bəlkə də 44 ilə sığmayan hadisələrlə dolub:

“Müharibədə qələbə qazanmağımızla, şəhər və kəndlərimizi bir-bir azad etməklə, doğma Qarabağımızı düşmənin əsarəti altında olan 30 illik işğaldan azad edərkən bəşəriyyətə bir daha Azərbaycan xalqının kim olduğunu sübut etmiş olduq. Baxmayaraq ki, pandemiya idi, müstəqilliyimizi 30 il ərzində təzəcə bərqərar etmişdik. Bizi sevməyənlərin ətrafında, sevməyən qüvvələrin təzyiqi altında yavaş-yavaş öz müstəqilliyimizi möhkəmləndirdik. Ümumilli lider Heydər Əliyevin bünövrəsini möhkəm qoyduğu, Prezident İlham Əliyev və onun rəhbərliyi altında formalaşdırdığı yeni nəsil Azərbaycan cəmiyyəti həm düşmənlərimizə, həm də dostlarımıza kədər və sevinc anlarını yaşatdılar. 44 günlük möhtəşəm müharibə bir daha sübut edir ki, xalq və ali rəhbərlik birləşəndə onun qarşısını heç nə ala bilməz”.

İctimai Birlik sədrinin sözlərinə görə, sonuncu bir günlük möhtəşəm sürətli zəfər bir daha onu sübut etdi ki, bu sözlər elə-belə havadan götürülməyib:

“İlham Əliyev cənabları, ondan əvvəl Heydər Əliyev elə bir siyasi xətt yeritdilər ki, Azərbaycan həm dünyada tanındı, həm öz iqtisadiyyatını, ordusunu, kənd təsərrüfatını, yeni sənayesini və ümumiyyətlə, Azərbaycanın özünü yenidən qurdular. Bu quruculuqla yanaşı xalq sanki yenidən dirçəldi. İlham Əliyevin daxili və beynəlxalq aləmdəki uğurları qələbənin əsasını təşkil edirdi. Üstəlik, yeni ordu quruculuğu, gənclərimizin sağlam təməl üzərində özünün fiziki və mənəvi hazırlığını məhz qələbəyə kökləməsi də cənab Prezidentlə bağlı idi. Biz bu qələbəni qazandıq. Bu qələbə ömürlükdür. Azərbaycan xalqı durduqca bu qələbə bizim tariximizin ən möhtəşəm səhifələrindən birinə çevrildiyini bir daha sübut edəcək”.

Aydın Xan Əbilov bildirib ki, indi artıq Azərbaycanın ərazi bütövlüyü bərqərar olandan sonra hər kəs öz üzərinə düşən missiyanı yerinə yetirməlidir:

“Cənab Prezident Azərbaycanı dünyanın aparıcı ölkələri sırasına çatdırmağı qarşımıza proqram kimi qoyur. Prezidentin bu tapşırıqları mütləq həyata keçirilməlidir. Artıq müharibə meydanlarında yox, dünya arenasında, geosiyasi meydanlarda elmi-texniki cəbhələrdə vuruşmağın, informasiya savaşında qalib gəlməyin vaxtıdır. İnanıram ki, xalqımız bu mərhələni də uğurla adlayıb keçəcək”.

Bəxtiyar CƏFƏRLİ,

https://herbiand.az/post.php?id=44408

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir