“Məhsəti” Şairlər Məclisi İB-nin müştərək təşkilatçılığı ilə Şamaxı Mədəniyyət Mərkəzində “Qələbə ruhlu Vətənim” adlı tədbir keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentleyinin maliyyə dəstəy, Şamaxı Rayon İcra Hakimiyyətinin, Şamaxı rayon Mədəniyyət Mərkəzinin və “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda Mədəniyyət Mərkəzində “Qələbə ruhlu Vətənim” adlı layihəmizə həsr olunmuş tədbir keçirildi.
Tədbirin başlanğıcında “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin Sədri Cəvahir Qaraqızı qeyd edib ki, Məclisimiz Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiyin dəstəyi ilə kiçik qrant müsabiqəsinin qalibi oldu. 19.09.2023-cü il tarixində , Şamaxı şəhərində “Qələbə ruhlu Vətənim” adl Vətən müharibəsi və Zəfər tarixi mövzusunda yeniyetmə-gənclərin şair, qiraət və mugam müsabiqəsinin iştirakçılarının çıxışları dinləndi .
Müsabiqəyə müraciət edən Şamaxı rayon üzrə 30 nəfər olmaqla video çəkilişlərinin Münsiflər Heyəti tərəfindən dəyərləndirilildi . Şamaxı rayonu üzrə göndərilmiş video materiallar əsasında Vətən müharibəsi və Zəfər qələbəsinə dair şeir qiraəti, şer müəllifliyi, mugam ifaçılığı üzrə , Şamaxı, rayonundan 9 nəfər olmaqla istedadlı iştirakçılar seçildi. Şamaxı rayonunda Vətən müharibəsi və Zəfər tariximizlə baglı geniş açılış-təqdimatı keçirildi. 9 iştirakçı arasından yarımfinal və final müsabiqəsi keçirilərən nəticələrə əsasən Şamaxı rayondan seçilmiş 9 iştirakçı arasından hər 3 nominasiya üzrə 1 nəfər olmaqla (Vətən müharibəsinə dair şeir qiraəti, şeir müəllifliyi və mugam ifası) Şamaxı rayon üzrə ümumilikdə 1-ci yer üzrə 1, 2-yer üzrə 1 və 3 yer üzrə 1 nəfər olmaqla, 9 iştirakçı qalibin diplom və mükafat ilə qiymətləndirildi.
Tədbiri Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı Nümayəndəsi Rafael Tağızadə öz xeyir- duaları ilə tədbir açıq elan etdi. Sonra İB sədri Cəvahir Qaraqızı tədbirdə iştirak edənləri salamladı və tədbir haqqında tamaşaçılara məlumat verdi. Qonaqlara xoşgəldin etdi. Azərbaycanda ədəbiyyatımızın, mədəniyyətimizin yüksək səviyyədə inkişafından danışdı.
Xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Dövlət Himni səsləndi.
Sonra söz Şamaxı İcra Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçısi Səbuhi Həsənova verildi. Səbuhi Həsənov belə vətənpərvərlik ruhunda tədbirlərin keçirilməsinin gəclərin vətənpərvər ruhda yetişməsində böyük əhəmiyyəti olduğunu vurğuladı . Məhsəti ŞM layinənin keçirilməsində yaxından kömək etdiyinə görə Səbuhi Həsənovu “Heydər zirvəsi -100” Diplomu ilə təltif etdi .Sonra söz gənc şair Xədicə Azayevaya verildi . Babazadə Mehdi öz qiraəti ilə tamaşaçıların diqqətini özünə cəlb etdi .Şamaxının rəngarəng çiçəklərini məclisin Sədri Cəvahir Qaraqızına təqdim etdi. AYB-nin Şirvan bölməsinin gənclər şurasının sədri istedadlı şair Yusif Nazim Ərəbsoya söz verildi.O, da öz növbəsində Şamaxı gənc şairlərindən danışdı və çıxışını şeirlə bitirdi. Şairlər Rəsul Mehdi,Firəngiz Şəmiyeva, Nadir Məmməd, Rüstəmov Qasım, Kamran Peçənək, öz şeirlərini oxudular.
Qiraətçilərdən Ayturan Məmmədli, Fidan Abbasova, Nigar Muradova, Gülnarə Əsədova, Gülbahar Sərxanova, Ağayeva Gülər, Cəbiyeva Zeynəb, Muradova Nigar, İbadova Aydan, Məmmədova Aygün, Babazadə Xədicə maraqlı çıxışlar etdilər.
Mugam ifaçılarından finala çıxanlar diplom və kubokla mükafatlandırıldı. 1-ci yer – Elvin Abdullazadə. 2-ci yer – Faiq Mirzəyev. 3-cü yer – Fatma Qurbanzadə. Şairlərdən finala çıxanlar diplom və kubokla mükafatlandırıldı. 1-ci yer – Səbinə Salmanlı. 2-ci yer – Nadir Məmməd. 3-cü yer – Xədicə Azayeva. Qiraət nominasiyası üzrə finala çıxanlar diplom və kubokla mükafatlandırıldı. 1-ci yer – Sərxanova Gülbahar. 2-ci yer – İbadova Aydan. 3-cü yer – Babazadə Mehdi.
Tədbirdə iştirak edən bütün iştirakçılar gələcəkdə zəfər yönümlü, qələbə ruhlu şeirlər yazmağa, qiraət etməyə,və vətənpərvər şeirləri musiqi dilində xalqa çatdırmağa motivasiya etmək üçün Diplomla təltif olundular.
Münsiflər heyətinin üzvü Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovun tələbəsi isdedadlı xanəndə, Azərbaycanı bir neçə xaricə ölkələrdə müğam sənəti ilə təmsil etmiş, ATV kanalında xalq ulduzu yarışmasının finalçılarından olan Ruslan Adıgözəlov və İncəsənət Universitetinin bitirmiş aktyor, qiraət ustası Əbdül Məcid də layihədə təşkilatı işlərdə yaxından köməyə görə Diplomla mükafatlandırıldılar.
Cəvahir Qaraqızı Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı Nümayəndəsi Rafael Tağızadəyə xüsusiylə təşəkkür etdi. Onu da vurğuladı ki. Rafael Tağızadə bütün tədbirlərdə yüksək peşəkarlıq nümayiş etdirərək tədbirlərin ən yaxşı səviyyədə keçməsi üçün bütün tədbir boyu canfəşanlıq etdi. Məhsəti ŞM Rafael Tağızadənini “Heydər Zirvəsi -100” Diplomu ilə təltif etdi.
Azərbaycan Dövlət Televiziyasının “Turan” mədəniyyət redaksiyasının baş redaktoru , Əməkdar jurnalist Zərnişan Azayeva Türk şair yazar,müəllim , siyasətçi Arif Nihat Asyanın “Fətih marşı” şerini çox gözəl səsləndirdi. Tamaşaçılar tərəfindən böyük sevgiylə qarşılandı və Cəvahir Qaraqızı ona gül dəstəsi bağışladı .
Aysel Şahbazqızı da öz çıxışında Xalq şairi Səməd Vurğunun Azərbaycan şerindən bir hissəni səsləndirdi .Annamir də çıxış edərək müsabiqə iştirakçılarına uğurlar dilədi .
Sonda Cəvahir Qaraqızı Azərbaycan Respublikası Qeyri–Hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyinin Müşahidə Şurasının Sədri Azay Quliyevə cənablarına, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə, icraçı direktor Aygün və Agentlikdə əməyi keçən hər kəsə təşəkkürünü çatdırdı.
Layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova, Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubovaya, Şamaxı İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçısi Səbuhi Həsənova, Dağlıq Şirvan Regional İdarəsinin Rəisi Səxavət Məmmədova, Dağlıq Şirvan Regional İdarəsinin Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadəyə bütün müsabidə iştirak edən iştirakçılara və tamaşaçılara. video-operator Anara, fotoqrafa, səs operatoruna dərin təşəkkürlərini bildirdi.
“Məhsəti” Şairlər Məclisi ictimai Birliyinin mətbuat xidmətinin əməkdaşı: Radə Dursunqızı