Körpəni Azərbaycandan qaçırtmaq istəyirlər: QHT sədrindən həyəcan

QHT sədri İradə Həsənova kanalımız vasitəsiylə hüquq-mühafizə orqanları və ölkə rəhbərliyinə müraciət edib. Belə ki, o, bir müddət əvvəl boşanmış oğlunun övladından narahatdır.

İradə Həsənovanın bildirdiyinə görə, keçmiş gəlinin psixoloji problemləri olduğu üçün, ailələri dağılıb və indi daha böyük çətinliklə üz-üzə qalıblar:

“4 il evli olan oğlum uzun sürən problemlərdən sonra boşanmalı oldu. Buna səbəb də həyat yoldaşının psixoloji problemlərinin olması idi. Əvvəllər burda yaşasalar da, sonradan Qazaxıstana köçdülər. Orda problemlər bitmədi. Gəlinim tez-tez uşağı götürüb gedirdi uzağa. Nə zənglərə cavab verə bilirdi, nə də yerini tapa bilirdik”.

İradə Həsənova bildirib ki, bu həftə məhkəmə prosessi keçiriləcək. Amma uşağa görə çox narahatdırlar. Çünki qarşı tərəf uşağı ələ keçirib ölkədən qaçmaq istəyir:

“Biz bilirik ki, uşağımızı ələ keçirib Qazaxıstana aparmaq istəyirlər. Amma biz bunu istəmirik. Çünki psixoloji problemi olan anaya uşaq vermək olmaz. Biz ona hər cür varinat təklif etdik. Amma razılaşmadı. Bütün qohumları da bu işdə bizə dəstəkdir. Hər kəs onun beynində pozuntu olduğu bilir və uşağın bizdə qalmasını istəyirlər”.

İradə Həsənova eyni zamanda uşağın sağlamlığında da ciddi problemlərin olduğunu bildirib:

“Biz uşaqla görüşəndə gözünün altı qaralmışdı. Sağlamlıqları yerində deyildi. İnkişafdan qalıb. Amma heç bir çıxış yolu tapa bilmirik. İndi tək ümidimiz bütün dövlət qurularıdır. Çünki ortada körpə bir uşağın taleyi var. Ümid edirik sonda ədalətli qərar veriləcək”.

Qeyd edək ki, məhkəmə prosessi sentyabır ayının 26-sı baş tutacaq.

FacebookTwitterWhatsAppGmail

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir