“Xəstəliklərin əksəriyyətinə qohum evliliyi səbəb olur” – YYSİB sədri Aydın Xan Əbilov

Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

“Şərq ölkələrində, xüsusilə də İran, Türkiyə və Azərbaycanda qohum evliliyinə həddindən artıq çox rast gəlinir. Tarixən və hazırda da biz bu proseslə mübarizə aparmışıq. Bütün maarifləndirici işlərə, ictimai qınağa baxmayaraq, qohum evliliyinin qarşısını heç cür ala bilmirik. Son zamanlar bunun azaldığının şahidi olsaq belə, bu məhz obyektiv səbəblərə görədir. Bəzi hallarda insanlar qohum evliliyinin xəstəliyə səbəbiyyət verdiyini anlayır və buna qarşı çıxırlar. Amma ümumən götürdükdə obyektiv səbəb kimi ailələrdə uşaq sayının az olması qohum evliliyinin qarşısını almış olur”.

Onun sözlərinə görə, son illərdə qohum evliliyi ilə yanaşı, azyaşlılarla evlilik halları da olduqca artıb: “2021-ci ildə 1650, 2022-ci ildə isə 2011 nəfər 15-17 yaşlı qız uşaqlarının dünyaya uşaq gətirməsinin şahidi olmuşuq. Bunların bir hissəsi də məhz qohumlarla olan təsadüfi və ya daimi cinsi əlaqə nəticəsində qızların hamilə qalması ilə nikaha girilir. Bu uşaqların dünyaya gəlməsi də məhz bu qohumluq əlaqələri ilə bağlı olur.

Keçmişdə kəndlərdə qohum evliliyi daha çox baş tuturdu. Buna da əsas səbəb iqtisadi, sosial baxımdan gediş-gəlişin az olması idi. Eyni zamanda burada ailələr, qohumlar arasında məişət bağlılığını qırmamaq, daha da əlaqələri genişləndirmək məqsədi də mühüm rol oynayırdı. Hətta bəzən dul qalan qadını həyat yoldaşının qardışına verirdilər. Təbii ki, bu cür məsələlər artıq geridə qalıb.AD

diana-don.ruНож противорез зубч. (198×50/32×3)010,5 60-0200-91-01-0Узнать больше

Xəstəliklərin böyük əksəriyyəti məhz qohum olan şəxslərin cinsi əlaqədə olması və ya nikaha girməsi nəticəsində yaranır. Birinci nəsildə olmasa belə, ikinci nəsildə xəstəliklərin yaranması və artmasında qohum evliliyi böyük rol oynayır. Buna görə də bu məsələ ictimaiyyətin sərt tənqidinə tuş gəlməlidir. İllərdir KİV üzərindən bu məsələni tənqid edirik, çünki insanlar hələ də qohum evliliyinə müsbət yanaşırlar.

Hazırda Azərbaycanda demokrafik böhran da yaşanır. Belə ki, dünyaya gələn qız uşaqlarının azalması, qızların əcnəbilərlə ailə həyatı qurması və oğlanların da məsuliyyətdən qaçması bu məsələni daha da qəlizləşdirir. Buna görə də insanlar qohum evliliyindən uzaq duraraq, genetik olaraq təmiz ailəyə sahib olmağın vacibliyini anlamalıdır”.Müəllif: Səbinə Hüseynli

https://sia.az/az/news/social/1090350.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir