Tarix elmləri doktoru, Cənub diyarının elmi tarixini yazan lləyla Məcidova Tarix Diyarşünaslıq Muzeyinə Direktor təyin edildi

LƏNKƏRANDA YENİ TƏYİNAT

MƏDƏNİYYƏT NAZİRİ ADİL KƏRİMLİNİN ƏMRİ İLƏ LEYLA QƏDİR QIZI MƏCİDOVA TARİX DİYARŞÜNASLIQ MUZEYİNƏ DİREKTOR TƏYİN EDİLMİŞDİR.

Məcidova Leyla Qadir qızı 8 avqust 1976-cı ildə Lənkəran rayonunun Səpnəkəran kəndində anadan olmuşdur. 1993-cü ildə Lənkəran rayonu Şürük kənd orta məktəbini bitirmişdir. 1995-ci ildə Lənkəran Dövlət Universitetinin tarix ixtisasına qəbul olmuş, qiyabi şöbədə təhsil almaqla bərabər, 02.10.1995-ci ildə “Ümumi dilçilik və xarici dillər” kafedrasında laborant vəzifəsində, 25.12.1997-ci ildən isə “Azərbaycan və ümumi tarix” kafedrasında laborant vəzifəsində çalışmışdır. 2000-ci ildən 2002-ci ilədək LDU-nun magistratura pilləsində “Yeni və ən yeni tarix” ixtisası üzrə əyani təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. 10.08.2002-ci il tarixindən LDU-nun tarix kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur. 2000 şəxsi ekponatlarından LDU-da Tarix-diyarşünaslıq muzeyi təsis etmişdir, müəllim işləməklə bərabər, muzey işləri üzrə məsul şəxs kimi çalışmışdır.

LDU-nun yeni tədris korpusuna köçərkən, fəaliyyət göstərən muzey dərs otaqlarının çatışmazlığı səbəbi ilə fəaliyyətini dayandırmalı olub, universitetinin balansına daxil edilmişdir. LDU- nun rektoru professor Natiq İbrahimovun təşəbbüsü ilə 2017-ci ildə “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası məhz yaratdığı muzey əsasında yaradılmış və həmin ixtisasda bu günə qədər 12-yə yaxın fənni tədris etmişdir. 2022-ci ildən isə “Muzeyşünaslıq” üzrə magistr ixtisası yaradılmış və hazırda həmin qrupda iki yeni fənni tədris etməyə davam edir. 2016-cı ildə “XIX əsrin sonu, XX əsrin əvvəlləri Lənkəran qəzasının sosial-iqtisadi vəziyyəti” mövzusunda elmi işi müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1 monoqrafiyanın, 2 tarixi oçerkin,1 fənn poqramının, 80-dən artıq tezis və xaricdə beynəlxalq jurnallarda çap olunan məqalənin müəllifidir. 2019-cu il ildə Bakı Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə doktoranturasına daxil olub. “Cənub bölgəsinin arxeoloji abidələrinin Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda doktorluq disertassiyası üzərində işləyir. Elmi işinin böyük hissəsi hazırdır.Bundan əlavə asudə vaxtlarında bəzək əşyaları, toxunma işləri ilə məşğul olur. Səlist rus, türk dillərində orta səviyyədə ingilis və fars dillərində danışır.

Övladları Fidan Elçin qızı Məhərrəmzadə LDU-da “Turizm və otelçilik” ixtisasının 2-ci kurs tələbəsidir. Jalə Elçin qızı Məhərrəmzadə LDU-nun Torpaqşünaslıq və aqrokimya ixtisasının 1-ci kurs tələbəsidir. 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
22 sentyabr 2023-cu il tarixində Leyla Məcidova Mədəniyyət naziri Adil Kərimlinin imzaladığı əmrlə Lənkəranda Xan Sarayinda fəaliyyət göstərən Tarix- diyarşünaslıq muzeyinə direktor təyin edilmişdir.
Leyla müəllimi yeni təyinatına görə ürəkdən təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir