“Yaxşı işləmək üçün yaxşı istirahət etmək lazımdır” – YYSİB sədri, kulturoloq Aydın Xan Əbilov
“Bütün dünyada qəbul edilmiş fikir var ki, yaxşı işləmək üçün yaxşı istirahət etmək lazımdır. Azərbaycanda son illər bununla əlaqədar olaraq xüsusilə də gənc və orta nəsil dünyada qəbul olunmuş bu universal metoddan istifadə etməyə başlayıblar. Yəni ilin 10-11 ayı işləyib, digər ayları isə istirahət edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, istirahətdən qayıtdıqdan sonra isə yenidən iş rejiminə alışmaq gərəkli olur: “Bütün dünyada insanların yenidən işə qayıtdığı zaman adaptasiya müddətinə yardım olmaq üçün psixoloqlar söhbətlər aparır, işi daha uyğunlaşa bilinəcək yer halına gətirirlər. Hansı ki, bu cür təcrübələrin öyrənilərək Azərbaycanda da tətbiq edilməsi vacibdir. Məzuniyyətdən sonrakı ilk bir-iki həftəni rəhbər şəxslər işçilərə elə şərait yaratmalıdırlar ki, onlar rahatlıqla adaptasiya ola bilsinlər. Belə olan halda işçinin potensialının da artmasına müsbət təsirini göstərəcək”.