Xalq yazıçımız Ustad Cinguz Abdullayevə hücum edənlərə etiraz. Dil, yoxsa düşüncə?
Xalq yazıçısı, XX və XXl əsr Azərbaycan zəkalı şəxsiyyətlərindən hesab olunan ystad Çingiz Abdullayevin vətəndaş/intellektual missiyasının 1 faizini qanmayanlar növbəti qarayaxmalarına xalq olaraq kəskin reaksiya vermiriksə, onda Nizamını fars sayaq, Nəsimini ərəb, Füzulini İraqlı, Xətainin İranlı.
Belə eləmisiz axı, əksər intellektual peşəkarlar qaçıb getdi ölkəmizdən: indi rusa, türkə, ingiliscə işləyirlər. Burada qalan kütlə isə tək-tükləri də bezdirib ölkədə şahsevənliyi bərqərar edir, yeri gəldi, gəlmədi trolluq edərək dəyərlərimizə çamur atırlar…
Heç bir hindli ingiliscə yazan Taqoru, yaxud yəhudiəsilli almandilli Kafkanı başqa xalqlara ərməğan etmir.
Bizim manqurtlar isə 100 milyonluq nusxə kitabları ilə dünyada kreativ vizit-kartimizi yayan, intellektual dəyərləri yaratmaqda ziyalı mövqeyi, səviyyəli fikirləri, dillərəzbəri əsərləri, eləcə də ictimai-mədəni movqeyi ilə fərqlənən ustad sənətkarı qaralayiblar.
Çingiz müəllim Azərbaycan dilində yazmasam da, hər kəlməsi əks-səda yaradan düşüncə məhsulları ilə bizim azsaylı analitik beyin mənbəmizdir.
Sizin özünüzdən başqa yazdıqlarınızı oxuyan yoxdur, amma əsərləri dünyada tirajla an dəyərli yazarı bezdirməyinizi tarix heç vaxt unutmayacaq, ay manqurtlar…
Zər dəyərini zərgərlər bilir, Çingiz Abdullayevin qədrini də intellektuallqr, elita bilir…
Sadəcə, ölkəmizdə nə qədər ki, “susmaq qızıldır” prinsipi etik norma sayılacaqsa, danışan azsaylı düşüncə adamlarını da itirmək qorxusu var…
Aydın Xan Əbilov,
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaudcüsü, yazıçı-kulturoloq