Aydın Xan Əbilovdan həyəcanlı analiz: “Yaxın 10 ildə sonumuzdur…”

Dünən Samaxıdan geri qayıdan zaman bir neçə km piyada yol qət etdim. Yeni Yasamala düşən yolda həmişəki tıxac vardı: ilahi, külək də əsmirdi və dəhşətli tüstü-qaz iyindən az qalırdı boğulam.

İyirmi gündür bölgələri gəzirəm, təmiz dağ, meşə, dəniz havasından sonra ciyərlərim Bakınin qazlı havasına hec cür uyğunlaşa bilmir. Mən maşınmı daxili havalandırma və bağlı pəncərələrlə sürürəm, şəhərə az cıxanam deyə bu cəhənnəmi hiss etmirdim, daha dəqiq yazsam, bu kəskinlikdə olduğunu anlamırdım.

Xəbərdarlığımı bir daha təkrarlayıram. Əgər yaxın 10 ildə ölkəmizdə və xüsusən Bakı, eləcə də paytaxtətrafında dizel, benzin, qaz, hətta hibrid mühərrikli nəqliyyat vasitələri qadağan edilməsə, kütləvi agackəsilmələrinin qarşısını almasaq, əhalinin 70-90 faizi xərçəng və onkoloji xəstəliklərdən məhv olacaq, qalanlarının isə ağciyəri sıradan çıxacaq.

Suyuçəkilən Xəzər dənizi, eləcə də artıq əksəriyyəti qurudulan Abşeron göləri və əsən külək, yağan yağışlar və qalan azsaylı yaşılıqlar hələlik əhalimizin müdafiə etsə də, xəstəxanalar dolub-daşır.

Piyadaların imkanı varsa, tibbi maska ilə gəzsinlər, sürücülər, şəhərdə nəbadə açıq pəncərə və havalandırilmayan maşın idarə edəsiz…

Aydın Xan Əbilov,

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaudcüsü, yazıçı-kulturoloq

https://bax-az.info/?p=19467&fbclid=IwAR0OPM8GwcGteXmDIsr7ARxB1vRDNcoqI-e89bIukT-rI1P1bxFauOWQkMw

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir