“Yeni texnologiyaların tətbiqi imkan verəcək ki, dinləyici kəsintisiz efiri dinləsin” – TV-peşəkar Bahadır Əliyev
Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyul 2023-cü il tarixində respublika ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi məqsədilə maliyyə vəsaitinin ayrılması üçün imzaladığı sərəncam mühüm hadisədir.
Çünki, mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, yeni texnologiyaların tətbiqi imkan verəcək ki, dinləyici qəbuledicinin yerləşdiyi maşında, qatarda və digər hərəkət edən obyektin sürətindən və məkanın ( RDS texnilogiyasının tətbiqi sayəsində) dəyişməsindən asılı olmayaraq kəsintisiz və dayanıqlı efiri dinləməyə davam etsin. Eyni zamanda, Azərbaycan radio məkanında xarici FM dalğalarının yayımlanması hamıya məlumdur. Yerli FM dalğalarının xüsusən sərhəd ərazilərində yayımı isə müşkülə çevrilib. Ona görə də sərəncamdan irəli gələn aidiyyəti texniki tədbirlərin görülməsi nəticəsində xarici radio yayım şəbəkəsinin ölkəmizdə dinlənilməsinin qarşısı əsaslı şəkildə alınacaq. Bu işdə Telaradio İB- nin fədakar rəhbər və mühəndis kollektivinə can sağlığı və uğurlar arzu edirəm.
Teleadio İB- nin SƏTƏM və Keyfiyyətə nəzarət mütəxəssisiBahadur Əliyev