Məşhur yazışı-kulturoloq Aydın Xan Əbilovdan daha bir qalmaqallı açıqlama: “Kişilər baltalanır…”

“Bütün dünyada zorakılıq, təzyiq, basqı pislənilir. Buna məruz qalan insanlar cinslərə görə bölünmür. BMT-nin normativ aktlarından, cinsi azlıqların müəyyənləşdirilməsi və onların hüquqlarının tanınmasından sonra beynəlxalq hüquq təşkilarları zorakılığın bütün insanlara aid olduğu və hətta onun yeni formalarının yarandığının elan etdi”. 

Bu sözləri Cebhe.info-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, qadınlar qədər kişilər də zorakılıq halları ilə qarşılaşır: 

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bildirdiyinə görə, ötən il 20-ə yaxın kişinin zorakılığa məruz qalması təsdiqlənib. Əslində, bu say həddən artıq çoxdur. Orta məktəblərdə oğlan uşaqlarının, universitetlərdə tələbələrin zorakılığa məruz qalma halları var. Xüsusilə də, son dönəmlər cinsi azlığın nümayəndələrinin zorakılığa məruz qalması və sayının çoxalması halı ilə rastlaşırıq. İş yerlərində də zorakılıq halları artır”. 

O bildirib ki, dövlət qurumları isə bu sayı açıqlamır, üstündən keçilir: 

“Ali məktəblərdə oğlan uşaqları öz cinsi orientasiyasına, dininə, əlilliyinə, fiziki zəifliyinə görə psixoloji, mənəvi zorakılığa məruz qalırlar, amma bu, statistikada yoxdur. Məlumatlardan aydın olur ki, Azərbaycanda kişilər həyat yoldaşı tərəfindən baltalanır, öldürülür, zəhərlənir. Bəzən onlar öz məşuqləri ilə birlikdə həyat yoldaşının pulunu, var-dövlətini əldə etmək üçün cinayəti törədir, daha sonra onun itkin düşməsi barədə polisə müraciət edirlər. Bu da zorakılığın ağır formasıdır”. 

O bildirib ki, cəmiyyət isə onların müdafiəsi üçün çalışmır: 

“Dövlət və polis maksimum sürətdə çalışır ki, onların hüququnu müdafiə etsin. Amma dövlət buna hazırdırmı? Cəmiyyət buna hazırdırmı? Hansı sivil dəyərlərdən dəm vururuq, əgər bizim qarşımızda gənc geyiminə, cinsi orientasiyasına görə, təhsildə, işdə vəziyyətinə görə hansısa formada zorakılığa məruz qalırsa və onu müdafi etmiriksə?” 

https://cebheinfo.az/cemiyyet/meshur-kulturoloqdan-daha-bir-qalmaqalli-aciqlama-kisiler-baltalanir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir