TV-tənqid – 1. Dünya TV-nin canlı efirində ki bir veriliş haqqında. Aydın Xan Əbilovdan telə-analiz
TV-tənqid – 1
Anam baxır deyə, mən də göz atıram və kanallarımızın dəhşətli efir estetikasını haqqında kulturoloji tənqidlərinə başlayıram…
Dünya TV-də hazırda canlı efirdə “Tam səmimi” verilişinin növbəti buraxılışı yayımlanır. Aparıcıya kimsə desin, isığın düzgün qurulmamasından sifəti yanır, sanki güzgü kimi işığı ekrana əks etdirir…
Aparıcı smartfonla məşğuldur, verilişə, sadəcə, candərdi çıxdığı aydın görsənir, 3 oğlan müğənni isə, sanki, istintaq suallarına dilucu cavab verir.
Operatorlar yüz faiz həvəssiz işləyirlər: Feysbuk, ya da böyük TV üçün çəkdiklərinin fərqində deyillər.
Yarım saatdır verilişə baxıram, amma bircə dənə də olsa, sosial, ictimai, elmi, ya da mədəni mahiyyət kəsb edən fikir eşitmədim…
TV-lərə cavabdeh rəsmilər, Azərbaycan Respublikası Audiovizual Şurası hara baxır?!