TV tənqid – 2. ATV – əsl manısxanaya çevrilən milli tele-dəyərimiz… Aydın Xan Əbilov
ATV – əsl manısxanaya çevrilən milli tele-dəyərimiz…
“Azad Azərbaycan” TV kanalının qızıl dövrü Sabiq ANS TV ilə ölümcül rəqabət vaxtlarına təsadüf edirdi. O zaman bu tele-kanallarin hər ikisinin birbasa efirində gün ərzində 2-4 dəfə fərqli verilişlərin canlı qonaq – ekspert və tele-analitik olaraq bunu dəqiq söyləyə bilərik.
ANS tele-əfsanə idi, ATV ona baxıb pesəkarlaşırdı və bu kulturoloji rəqabətdən Azərbaycan tamaşaçısı ancaq böyük mənada qazanırdı.
Hər iki TV artıq milli tele-estetikamızın əsl hadisəsinə, modern kreativ dəyərə cevrilməkdəykən, gizli əl onlara salavat çevirdi sanki…
İndi isə, təəssüflər olsun, ATV, əsl manısxana – toyxana səviyyəli efir məkanına çevrilib. Onillər boyunca bo sovet TV-sindən bezmiş tamasaçıları, şəxsən özüm də daxil olmaqla, bizim kimi müstəqildüşüncəli intelletualların min-bir əziyyətlə, çox vaxt isə öz ciddi nüfuzumuzu qurban verərək, geri qaytardığımız seyrçiləri bezdirməkdədir. Azərbaycan efirinin ATV payına düşən hissəsini folklor – mağara düşüncə səhnəsinə döndər bu tele-kanalın əsas siması Zaurdur: həftənin 7 günü, az qala 7 saat birbaşa efirdə olan bu qaqaş, özünü əsl tele-tamada kimi aparır, gah manıs və manısçaları, gah da həkim və yalançı təbibləri, klinika və xəstəxanaları tərifləməklə, sözun həqiqi mənasında, insanlarımızın başını çalxalamaqla məşğuldur.
Səviyyəsindən, yüngül ifadə etsək, sadəcə, get-gedə narazı qaldığımız orta və yuxarı yaşlı telə-seyrçilərin bərbad estetik təlabatının əla bilən tamada-aparıcının özünə və kanal sahibinə 10 minlərlə reklam/sponsor manatı gətirdiyi aydındır. Fəqət, paraya görə peşəkar kanalı konsertxanaya çevirənlərin gizli planını anlamaq çətindir: cəmiyyəti kütləyə dondərməklə sizlər nələri əldə etmək fikrindəsiz?!
Xəbərləri çıxmaq şərtilə, ATV-nin efirində şəhərdən gecəyədək çal-oyna, toyxana və konsertdir sanli.
Son beş ildə, ATV-nin gündəlik efirində ciddi, cəmiyyəti düşündürən, insanlarımızı narahat edən hansısa məlumat, ictimai müzakirə, sosial əhəmiyyətli debat, elmi-mədəni yüklü tele-məhsul izləyən olub?
Bu analizi daha da artırmaq mümkündür, amma Azərbaycan insanı, cəmiyyətimiz və Audivizual Şuramız üçün tənqid və analiz çox maraqlıdır?!
Aydın Xan Əbilov, YYSİB sədri, yazıçı-kulturoloq

