“Ayıq olaq: hər tərəfdəkilər – Xalqımız…” YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov. Söyüdlüdə qadınların arxasında duranlar var – yazıçıdan açıqlama

Ayıq olaq: hər tərəfdəkilər – Xalqımız…

Yeni iş yerlərinin yaradılmasına şikayət edirik, Gədəbəy kimi ucqar bir bölgədə QIZIL tapılır, biznes işə düşür, qızıl da meyvə deyil ki, ağacda yetişsin, onu rahatca dərmək mümkün olsun, onun qazıntıları və istehsalı üçün qəliz texnologiyalar və bolluca su lazımdır və bu zaman ictimai fəallar, ağsaqqallar, yerli ziyalılar və ekspertləri isə qoşub əhali ilə maarifləndirici işlər aparmaq, bunları izah etmək vacib idi, yerli məmurlar öz işində, sahibkarlar xəsislik edir və kənd adamları etiraza qalxır: söz yox, həmişə olduğu kimi, polisi cəlb edirlər münaqişəyə və hansısa qüvvələr sadə kənd adamlarını – kişiləri qabağa verir, video çəkir, polis övladlarımıza daş atır, sonra qaçıb aradan çıxırlar, qabağa analarımızı verirlər, polis əməkdasları bibər qazı ilə kütləni sakitləşdirən də olur xalq düşməni..
Ayılın, sabah evimizə oğru girəndə, qohumlarımızı öldürəndə, Allah eləməsin, balalarımızı zorlayanda, o daş atanlar yox, məhs fədakar polis əməkdaşları bizləri qoruyacaq!!

Sahibkar, məmu,lar aidiyyəti qurumların nümayəndələri, bələdiyyə və ziyalılar bəs haradadır?

Aydın Xan Əbilov, YYSİB sədri, yazıçı-kulturoloq.

#Azərbaycanpolisi #DİN #Polis

P.S. Söyüdlüdə qadınların arxasında duranlar var – Yazıçıdan SENSASİYON AÇIQLAMA

“Bəzi hadisələr zamanı vətəndaşlalarla qurumlar arasında müəyyən hadisələr baş verir və bu hadisələrə ən tez cəlb olunan Azərbaycan polisləridir. Polislər Azərbaycanın döyünən şah damarıdır. Bəzi polis əməkdaşların intellektual səviyyəsinin az olması, lazımlı səviyyədə ictimai siyasi mövzularda iştirak etməməsi son vaxtlar bu nümayəndələrin hərəkətlərində səhvlərə gətirib çıxarır”.

Bu fikirləri Faktmedia.az-a açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O, Gədəbəydə baş verən hadisələrin bir çox cəhətləri olduğunu qeyd edib:

“Polis orada qadınlara qarşı bibər qazından istifadə etməsi gözümüzdə kobud görsənə bilər. Lakin polis qadınlara əl uzatmadı və döymədi. Bəs o qadınları ora gətirənlər kim idi? Hüquq mühafizə orqanların o qadınların arxasında duran qüvvələrlə maraqlanmalıdır. Sahibkarların kənd camaatı ilə olan münaqişəyə polisi cəlb edirsinizsə, zəhmət olmasa bu məsələləri analiz edin və camaata da düzgün göstərin. Polis öz vəzifə borcunu yerinə yetirir. Polisin heç bir sənədində yazılmayıb ki, qadın sənə daş atanda, bir çox qanunları pozanda kişi və qadınlara qarşı ayrı seçkilik eləsin. Hər kəs deyir ki, kişi qadın bərabərliyi, lakin cinayət törədəndə polisdən qadınlara hörmət etməyimizi istəyirik. Cinayət olan yerdə heç bir fərq qoymadan polis öz borcunu yerinə yetirməlidir”.

Qeyd edək ki, ötən gün Gədəbəyin rayonun Söyüdlü kəndində baş verən etirazlara görə polis kəndlilərin etirazını dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllədən istifadə edib.

Havar Şəfiyeva, https://faktmedia.az/olke/5599-soyudlude-qadinlarin-arxasinda-duranlar-var-.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir