Biabırçılıq: QHT Şurasını Agentliyə çevirənlər deyir ki… “İctimai fəallar, cəhənnəm olun, çıxın gedin xaricə!!!”


Ramiz Mehdiyev və Əli Həsənov olaylarının qurbanına çevrilmiş Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Şurası ölkədə ASAN-dan sonra çox azsaylı rəsmi qurum idi ki, elektronlaşdırdığı sistemlərə görə cəmiyyət üçün açıq idi. Vətəndaşlar və QHT camiyəsi hansı layihələrin təqdim olunduğu, necə həyata keçirildiyi, real nəticələr və hansı QHT-nin fırıldaqlılıqla məşğul olduğunu ap-aydın portaldakı resurs/kontentlərdən görmək mümkün idi.
PA-dakı yenilənmələrdəbn sonra Şuranın 4-5 milyonuna göz dikmiş kimlərinsə marağına qurban gedən QHT Şurası ləğv edildi, onun yüzminlərə başa gələn SƏLİS elektron platforması/sistemi məhv duçar oldu. Son 20 ildəki Vətəndaş Cəmiyyəti tarixi alt-üst olundu.
QHT Agentliyinə dəxli olmayanlar, kimlərinsə tanışı, məmur olaraq səhlənkarlığına görə işdən çıxarılanlar, QHT Agentliyinin rəhbərliyinə – icraçı direktor gətiriləndən sonra isə, durum biabırçı vəziyyətə düşdü.
İndi hər kəs bunu bilir, amma şikayət edəsi yerlərimiz yoxdur: SSRİ-ni pisləyənlər, onda yenə bilirdin harasa şikayət edəndə bir nəticəsi var, indi isə şikayətlər elə adamın özünün üstünə və şikayət subyektinin rəhbərinə göndərilir, sonu isə ya mühacirət, ya da…
Müsabiqənin nəticələri dəhşətlidir, bir neçə ər-arvadın sədri olduğu QHT-yə toplam 40 min büdcə pulunu kimlər bağışlayır?! Dədələrinizin bankının puludur, yoxsa büdcəyə ödədiyimiz vergilərdən formalaşan vəsaitdir bu? – Prezident İlham Əliyev ictimai fəallarla bağlı müsbət fikirlərindən sonra klassik QHT-lərə qarşı atılan bu addımları necə dəyərləndirək?!
Guya biz bilmirik ki, 2 il yaranmış yeni, QHT-lərə 10000 min manat ərməğan etmək nə deməkdir?!
Şura/Agentliyi yaradanlar, ideyalarını verənlər, onillərboyu pulsuz-parasız ictimai sektorda can qoyanların zəhməti üstündə niyə qara çarpaz xətt çəkirlər?!
Hansı məqsədlə belə mürəkkəb bir zəmanədə ictimai xadimləri, xüsusən də hər zaman Prezidentin və dövlətçiliyin ətrafında olanları niyə küsdürürlər?!
Yeni Yazarlar və Sənətçilər İB olaraq nəzarətedici orqan sayılan aidiyyəti qurumlardan və Milli Məclisdən QHT Agentliyinin fəaliyyətinə hüquqi və siyasi qiymət verilməsini tələb edirik.
Kimlərdir ictimai sektoru dövlətə qarşı qaldırmaq istəyənlər?!
Necə olur ki, Müşahidəçi üzvlərin başçılıq etdiyi QHT-lərin layihələrə maksimum vəsait ayrılır, illərdir bu sektora can qoyanlara üç barmağın həndəsi fiqurunu göstərirlər?!
Son iki ildə QHT Agentliyinin səviyyəsinin get-gedə düşməsi, əməkdaşlarının işdən çıxarılması, layihələrə, guya qiymət verən eksperetlərin adlarının gizlədilməsi, iclaslarda çəpik çalanlara xüsusi qucaq açılması kimi məsələləri hələ saxlayırıq bir tərəfdə, o barədə daha geniş bir yazımızda – araşdırmamızda toxunacağıq, amma bir məsələyə diqqəti cəlb etmək istəyirik:!
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Prezidentimizin xüsusi sərəncamı ola-ola Agentlik cəmi 8 layihəni dəstəkləyir, özü də onlarım mövzusuna baxanda, sadəcə başımızı yellədirik.
Üstəlik də TV-də gəlin-qaynana dava-qırğınını efir məhsulu kimi bizə sırıyanın rəhbərlik etdiyi QHT-nin “aktual” bildikləri layihəsinə hansı məsul şəxs imza atdığını xalq tanımalıdır, ya yox?
YYSİB QHT Agentliyindəki rəhbərlik dəyişikliyinə baxmayaraq, bütün maneələrə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin siyasi-fəlsəfi dövlətçilik irsini milli ideologiya – azərbaycançılığın qlobal mədəni-mənəvi düşüncə texnologiyası səviyyəsində təbliği və yeni nəsil arasında tanıdılması, eləcə də Qərbi Azərbaycanla bağlı başqa bir layihəsini kreativ innovasiyalar formatında işləyərək QHT Agentliyinə təqdim etsə də, dövlətçiliyə və ölçə başçısının siyasətinə qarşı çıxanlar sağlam, intellektual, ictimai-mənəvi dəyərləri yaradanlara qarşı apardıqları sərt, qeyri-sağlam “mübarizə”nin qurbanına çevrildik.
Azərbaycan ictimai-humanitar düşüncəsinə heç bir qatqısı olmayanlara vəsait ayıranların bu qərəzinin bir adı var: cəhənnəm olub çıxıb gedin xaricə!!!

ARDI VAR!

YYSİB Analitik İnformasiya bölümmü.

P.S.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi, “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi və 2023-cü il kiçik qrant müsabiqəsinin nəticələrini elan edir. Müsabiqə nəticələri ilə aşağıda qeyd olunan link vasitəsilə tanış ola bilərsiniz. https://ngoagency.gov.az/az/page/fealiyyet/qrant-musabiqeler 

Müsabiqələrin nəticələri ilə bağlı rəy, təklif və iradlarınızı 1 iyun 2023-cü il saat 18:00-a kimi office@ngoagency.gov.az e-mail ünvanına göndərə bilərsiniz.Qalibləri təbrik edirik.

#QhtAgentliyi #NgoAgency #nəticələr

Aydin Xan Ebilov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir