Hüquq eksperti: Azərbaycan polisi öz şərəfli peşəsini layiqincə yerinə yetirir
Azərbaycan Respublikasının vətəndaşlarının hüquqları və cəmiyyətin qorunması ilə əlaqədar olaraq dövlətimiz tərəfindən yaradılan hüquq-ühafizə orqanlarının əməkdaşları olan qəhrəman polislərimiz həm ölkəmizdə, həm də Avropada öz vətənpərvər və məsuliyyətliliyləri ilə seçilir. Belə ki, tək əhalinin asayişi üçün deyil, yeri gələndə, heyvanların belə hüququnu qorunur. Onlar üçün əllərindən gələni əsirgəməyən qəhrəman Azərbaycan polisi neçə-neçə uşagın, qadının, qocanın həyatını qoruyub, bir çox zərərli təşkilatların qarşısını alıb. Heç düşünmədən öz canlarını bu vətən uğrunda verən, hüquq-mühafizə orqanlarının numayəndələri, fədakar polis əməkdaşlarımız, şəhidlik kimi uca şərəfli məqamlara yüksəlmişdir. Vəzifələrini hər şeydən önəmli və üstün tutan məğrur polislərimiz gecə – gündüz demədən, ailələrinin ən önəmli günündə yanlarında ola bilmədən vəzifələrinin başında dururlar.
Onlar “Vətən hər şeydən önəmlidir!” – deyərək öz xalqcanlılıqlarını ətrafdakilara nümayiş etdirirlər. Elə zamanlar olur ki, saatlarla vəzifələrinin başında dayanır, hətta gözlərini belə qırpmadan vəzifələrini yerinə yetirirlər. Elə zamanlarda olub ki, təkbaşlarına etməməli olduqları çox təhlükəli işi şərəflə həyata keçirirlər. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının igid polisləri hadisə yerlərində təkbaşına olsa belə, hər şeyin öhdəsindən layiqincə gəlirlər. Məhz onlar hər zaman müdaxilə edərqk, onlarla, bəlkə də yüzlərlə insanın həm hüquqlarını, həm mülkiyyətini, həm qmin-amanlıqlarını, həm də həyatlarını mühafizə edirlər. Təbii ki, hüquq mühafizə-orqanlarının fəaliyyətlərii təkcə bunlardan ibarət deyil. Ümumilikdə, onlar xalqımızın ictimai təhlukəsizliyini qorumaqdadır. Lakın bunu özəlliklə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, polislər, həqiqətən tərifə layiqdir, çünki onlar bizlərin gücümüz və özümü deməkdir. Öz işlərini böyük qürur və sevgi ilə yerinə yetirmiş polislərimiz olmasaydı, indi yaşadığımız və qarşılaşdığımız bütün problemləri həll edəcək bir quvvəmiz olmazdı.
Bu gün Azərbaycan polisi öz şərəfli peşəsini layiqincə yerinə yetirir. Onlar tək bizləri qorumur, vətəni qoruyur, qayğısına qalır. Biz öz polislərimizlə fəxir edirik, onlarla qürur duyuruq.
İsmayıl Zalov
Zalov İmza TV ALYANSIN Direktoru,
Beynəlxalq Hüquq Eksperti,
İsraeldə fəaliyyət göstərən ” ŞAH DAĞ” cəmiyyətinin Azərbaycan üzrə Nümayəndəsi