“Bu, bir toy deyil” – YYSİB sədri Aydın Xan Əbilov Tural-Turan qardaşlarını tənqid edənlərə cavabı

“Müasir pop musiqisi tarixinə nəzər salsaq görərik ki, orda bu tipli müxtəlif formatlardan istifadə edən şəxslər məhz  müsabiqədə yer tutublar. Azərbaycan bu yarışmada iştirak edib, hər  dəfə də bir  yeniliklə iştirak edir. Azərbaycan yeganə ölkədir ki, bu musiqi festivalı üçün ayrıca bir saray da tikib. Bu da dünyada səs küy sala bilib”.

Bunu Faktmedia.az-a açıqlamasında yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib

Onun sözlərinə görə, bu  ilki evrovzion təmsilçilərin geyimi və davranışı  bir səhnə imicidir:

“Qeyri adi, qalmaqallı olmayan   musiqiçilər qlobal yarışmalarda çətinliklə yer tutur. Dünya  festivalları, müsabiqələri elə bir adamların əlindədir ki, onlar qeyri adiliyi, rəngarəngliyi, musiqi ilə yanaşı səhnə yenilikləri də sevirlər. Bu nə milli musiqi yarışması, nə də bir toy deyil. Bu qlobal bir musiqi yarışmasıdır. Azərbaycan tolerantlığın mərkəzi kimi tanınır. Burada  nə dil, nə  din ayrı seçkiliyi yoxdur. Bizim musiqiçilərin belə rəngarəng geyimi bizim  üçün  qeyri adi olsa da dünya üçün bir yenilik deyil. Biz keçən dəfə erməni təmsilçiləri tənqid edirdik ki, onlar  milli çalarlardan istifadə edib yer tutmağa çalışırlar. Amma özümüzkülər in kreativ bir yanaşmasını o dəqiqə tənqid edirik”.

Qeyd edək ki, Eurovisionda Azərbaycanı təmsil edən Tural-Turan qardaşları geyimlərinə görə, sosial mediada tənqid edilir.

Havar Şəfiyev,

https://faktmedia.az/olke/3726-bu-bir-toy-deyil-.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir