Əqli mülkiyyətin bu göstəricisinə görə Azərbaycan necə 1-ci oldu?.. VCA və YYSİB sədri Aydın Xan Əbilov

Aydın Xan Əbilov: “Ölkəmizin bu sahədə birincilik əldə etməsi təsadüfi deyil, bu, son bir neçə ildə həyata keçirilən ardıcıl, məqsədyönlü işlərin nəticəsidir”

img

“Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına əsasən Azərbaycan 141 ölkə arasında “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutur və bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır”.

(112) irəlidədir, üstəlik “Əqli mülkiyyətin mühafizəsinin dərk edilməsi” göstəricisinə görə Azərbaycan reytinqdə yüksək 30-cu yeri tutur”-, deyə K. İmanov vurğulayıb.

Azərbaycan buna necə nail olub, birinciliyinə təkan verən amil nədir?

Yeni Yazarlar və Sənətçilər İB-nin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda bu sahədə qanunvericilik və normativ sənədlər qəbul edilib, eyni zamanda da ölkəmiz aidiyyəti istiqamət üzrə bir sıra  beynəlxalq konvensiyalara qoşulub, sənədləri radifikasiya edib. O qeyd edir ki, Azərbaycanın bu konvensiayalara qoşulması dövlətimizin bu sahəyə xüsusi əhəmiyyət verdiyini deməyə əsas verir. “Son illər Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması sahəsində çox ciddi addımlar atılıb. Bilirsiz ki, əvvəllər  müəlliflik hüququ ilə bağlı müəyyən problemlər vardı. Amma bu gün o problem ölkə daxilində həll olunub. Azərbaycanda da bütün dünyada olduğu kimi, əqli, intelktual mülkiyyət nümunələri, yaradıcılıq, sənət örnəkləri üzərində müəlliflik hüquqları tanınır. Son dövrlər Bakının kreativ, intelektual və estetik mərkəzlərindən birinə çevirilməsi, eyni zamanda qanunvericiliyin təkminləşdirilməsi nəticəsində Azərbaycanda həm yerli müəlliflərin, əqli mülkiyyət sahiblərinin,  həm də beynəlxalq aləmdə tanınan və ölkəmizdə özünün mədəni biznesini yaratmış şəxslərin  bu sahədə müəlliflik hüquqları qorunulur. Əlbəttə, Əqli Mülkiyyət Agentliyinin Azərbaycan xalqına məxsus folklor, mətbəx nümunələrinin, musiqilərin, eləcə də klassik və müasir sənətkarların, yazıçıların, elm adamlarının müəlliflik hüququnun ölkədə və beynəlxalq aləmdə qorunması üçün atdığı addımları yüksək dəyərləndiririk. Ölkəmzin bu sahədə birincilik əldə etməsi təsadüfi deyil, bu son bir neçə ildə həyata keçirilən ardıcıl, məqsədyönlü işlərin nəticəsidir. Bu istiqamətdə həm qanunvericiliyin təkminləışdirilməsi, həm də digər amillər, görülən işlər öz bəhrəsini verir. 

ədlərin, sazişlərin tələblərini yerinə yetirir, müəllif hüquqları və əlaqələri hüquqlarla bağlı aktların tələblərini pozmur. Əlbəttə, hər dövlət bunu etmək istəmir, amma Azərbaycan bütün öhdəliklərinə sadiqdir”-deyə A.X.Əbilov qeyd etdi.

Leyla QARAXANLI, https://www.baki-xeber.com/sosial/165536.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir