YYSİB və VCA sədri, yazıçı-kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov: Toyla bağlı müəyyən dəyişiklikləri normal qarşılamaq lazımdır.
Toy və yas adətlərinə pandemiyadan sonra BAXIŞ
Bir çoxumuza məlumdur ki, pandemiya bütün həyatımızı birdən-birə dəyişdi. Belə ki, gündəlik vərdişlərimizlə yanaşı toy və yas mərasimlərində də dəyişiklik müşahidə olunur. İndi insanlar yas və toy mərasimlərini daha yığcam edir. Bu mərasimlər ailə içi və çox kiçik şəkildə təşkil olunur. Bəs, buna səbəb nədir? Pandemiya toy və yas adətlərimizi məhv edib?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Bütün sevdikləriniz və tanıdıqlarınızla birlikdə böyük bir toy etmək fikri mükəmməl görünə bilər. Hətta bu bir çoxunun xəyalıdır. Amma bu gözəl xəyalın arxasında bir çox bəlalar dayanır. Kiçik toylar sadə olsa da, 100-150 nəfərlik toy təşkil etmək daha rahat və stressiz olacaq.
Kiçik bir toy etməyin üstünlükləri bunlardır:
Büdcə rahatlığı
Nə qədər çox insan varsa, xərc də bir o qədər çox olur. İnsanların sayı artdıqca məkanın, süfrənin, yeməklərin, bəzək əşyalarının və bir çox digər detalların qiyməti də artır. Yəni, sadə toy sizi yalnız lazımsız xərclərdən xilas edəcək. Toydan qalan pulla evinizi və ya bal ayınızı istədiyiniz kimi təşkil edə bilərsiniz.
Məkan tapmaq
İnsanların sayı az olanda şadlıq evlərinin seçimləri artır. 500 və ya daha çox adam yerləşdirə biləcəyiniz məhdud məkan seçimləri var, lakin demək olar ki, istədiyiniz məkanda 100-150 nəfərlik toy keçirə bilərsiniz.
Əyləşmə planı
500 nəfərlik oturma planı hazırlamağın çətinliyini təsəvvür edə bilirsiniz? 150 nəfərin iştirak etdiyi toyda hər kəs bəylə gəlini rahat görə biləcəyi rəqs meydançasına yaxın əyləşə bilər. Siz həmçinin müxtəlif masa formaları edə bilərsiniz.
Asan təşkilat
Toy təşkil etmək özlüyündə bir hadisədir. Yəni, toy nə qədər böyükdürsə, təşkili də bir o qədər çətindir. Dəvətlər, toylar, qonaqların qarşılanması, yeməklər dedikdə, izdihamlı bir toyda ən vacib gününüzü stresli keçirəcəksiniz.
Səmimi atmosfer
Tanımadığınız yaxınlarınız və ya iş yoldaşlarınız əvəzinə tanıdığınız və sevdiyiniz insanlarla paylaşdığınız bu mühüm gün sizin üçün daha gözəl və unudulmaz olacaq. Unutmayın, ən xoşbəxt gününüzü sizi yaxından tanıyan və sizdən razı olan insanlarla bölüşmək daha dəyərlidir.
Stressiz
Büdcə, oturma planı, dəvətləri düşünərək toy günü stress yaşaya bilərsiniz. Toy böyüdükcə bu stress də artır. Bu səbəbdən kiçik toylar daha az təfərrüatlıdır və təşkili daha asandır.
Əvvəllər kəndlərdə üç gün toy olarmış. Mərasimə yığışan hər kəs yeni evlənənlərin şəninə təriflər deyir, ürək sözlərini söyləyir və şənlənərdilər. Həmçinin, toy günü bəylə-gəlinin nikaha girməsi vacib idi. İndi isə cütlüklər toydan bir neçə ay əvvəl və hətta bir neçə ay sonra rəsmi nikah edirlər.
Əvvəllər bəyin yanında sağdışı ilə soldışı oturardı. Oğul anası onlara hədiyyə verərdi. Bəy toy mağarına gecikəndə kim onun yerində otursa hədiyyə alardı. Bəyi və ya gəlini öz toyunda oynadırlar. Deyilənə görə, bəy və ya gəlin öz toyunda oynayanda bolluq və ucuzluq olardı.
Günümüzdə isə bu toylardan o qədər də əsər-əlamət qalmayıb. İndi ailələr çalışır ki, xərcə düşməmək üçün ayrı qız və oğlan toyu etmək əvəzinə bir toy etsinlər. Məsələn, bu ailələr əvvəldən qohum olduqda məntiqli variant kimi görünə bilər. Çünki bu insanlar zatən əvvəldən qohumdur və qohum olduqları üçün də onların toyuna 90 faiz eyni adamlar dəvət olunacaq. Yalnız tamamilə iki yad ailənin bu addımı atması daha çox artıq xərc yaranmasın deyədir.
Bütün bunlar hal-hazırda yas mərasimlərinə də aiddir. İndi yas mərasimləri də demək olar ki, dəyişib. Belə ki, artıq əksər ailələr 40 və il mərasimlərinə o qədər də önəm vermir. Yaxud bu mərasimlərə kimisə dəvət etməkdənsə, ailə içi öz yaxınları ilə birlikdə olmağa üstünlük verirlər.
“Qırх”lа bаğlı müхtəlif dünyаgörüşlərinin münаsibətlərindən аsılı оlmаyаrаq, müsəlmаn аləmində bu mаtəm günü əvvəlkilərdən dаhа gеniş miqyаsdа qеyd оlunurdu. Mаtəmin bu gününə dəfn günündə iştirаk еdənlər dəvət оlunur. İştirаkçılаr isə həmin gün yаsа gеtməklə mərhumа оlаn sоn bоrclаrını vеrmiş hеsаb оlunurlаr. Аzərbаycаnın şimаl-şərq bölgəsi yаs mərаsimləri ilə bаğlı tədbirlər içərisində “əlli ikinci” günün qеyd оlunmаsı хüsusi yеr tutur. Bu günün kеçirilməsi yаs sаhiblərinin imkаnlаrındаn аsılıdır. İmkаnsız аilələrdə bu gün yа hеç kеçirilmir, yа dа yüngül qеyd оlunur.
YYSİB və VCA sədri, yazıçı-kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov: “Azərbaycan xalqının keçdiyi sivilizasiya yolu var və bu yolda özü üçün mental və mədəniyyət dəyərləri, toy mədəniyyəti var ki, bu onu digər xalqlardan fərqləndirir. Azərbaycan toylarının təmtəraqlı olması, qız bəyənməkdən tutmuş oğlan toyuna qədər bir sıra proseslər var. Bütün bunlar mərasimlər sistemi olaraq Azərbaycan toylarının özəlliyidir. Təəssüflər olsun ki, həm sürət əsrində yaşadığımıza görə, toyun özü də islah olduğuna görə bunların bir çoxu ixtisar edilib. Bəzən bir toyla nişan və xınayaxdı da edirlər.
Toyların özəlliyi biznesin bir növünə çevrilib. Məsələn, cehizlik və qızıl satışı, bərbərxanalar, gözəllik salonları, paltar tikimi, aşpazlıq, musiqiçilər, fotoqraflar və s. Bunlar hamısı iş yeri deməkdir. Bütün bunlar Azərbaycan toyunun gözəlliyini və özünəməxsusluğunu nümayiş etdirir. 600-700 nəfərlə keçirilən toylar o vaxtlar çox məşhur idi. Hər evdən 3-4 nəfər eyni toya gəlirdi. İndi isə toylarda uşaq çox az olur. Hətta əksər ailə ümumiyyətlə toya uşaq aparmır.
Toyla bağlı müəyyən dəyişiklikləri normal qarşılamaq lazımdır. Pandemiya işsizlik, iqtisadi eniş, insanların hər bir hadisəyə olduğu kimi toya da münasibətinin dəyişməsi, ekonomik minimalizm şərtləri ilə toy etməsini normal qarşılamalıyıq.
Yeni nəsil minimalist baxışları və ekonomik düşüncəsi ikə toyları 50-100 nəfər arasında keçirmək istəyir. Onlar böyük toya çəkdikləri xərcə sadə toy edib özlərinə ev alırlar, yaxud istirahətə yollanırlar.
Daha mobil məsrəfləri biz ziyalılar daim təklif edirdik. İndi yaslarla da ənənələr artıq yaddan çıxıb. Toy kimi, yasda da çadır qurulmur. Sadə bir ehsan verilir və mərhum yad edilir. Bu normal haldır. Çünki həddindən artıq məsrəfli işlər dünyanın heç yerində qəbul edilmir”.
Ayşən Vəli,https://sia.az/az/news/social/1049905.html

