“Şah-Dağ” Təşkilatı İsmayıl Zalovu Azərbaycan üzrə şöbə müdiri təyin edib

“Şah- Dağ” təşkilatı İsraildə fəaliyyət göstərən İsrailin qeyri-dövlət təşkilatıdır. Amma hakimiyyətlə sıx əlaqədə olan təşkilatdır. Müxtəlif sahələr üzrə fəaliyyət göstərir. Əsas istiqamət sahələrindən biri isə mətbuat sahəsidir.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən dünyanın müxtəlif ölkələrinin televiziyalarla sıx əməkdaşlıq edirlər. İnformasiya mübadiləsi nəticəsində dünyada baş verən hadisələrin mahiyyətini doğru-dürüst şəkildə dünyaya yaymaqda peşakar bir təşkilatdır. Hazırda bu təşkilatın əsas hədəfləri türk dövlətlərilə bu sahədə əməkdaşlığı genişləndirməkdir. Bu sahə üzrə mərkəz kimi Azərbaycanı seçiblər.

Həmçinin, bu istiqamətdə İsrail və Azərbaycan münasibətlərini informasiya mübadiləsi istiqamətində daha yüksək intensivliyə qaldırmaqdır. Bu sözdə yox, əməldə artıq öz bəhrəsini verməkdədir. Bu təşkilatın emiqrasiya şöbəsinin rəhbəri bu yaxın günlərdə Azərbaycana gəlib. Bu gəlişin məqsədi artıq bəlli olub.

O, bu gəliş ərəfəsində Zalov İmza TV Alyans imza TV-nin rəhbəri, təsisçisi İsmayıl Zalovla görüşüb. Və rəhbərliyin verdiyi əmri İsmayıl Zalova təqdim edib. İsmayıl Zalov bu əmrlə qeyd edilən təşkilatın Azərbaycan üzrə şöbə müdiri vəzifəsinə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir