“Təhsili, məktəbi, gəncləri məhv etdilər” – VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov qurumları sərt qınadı…

“İllərdir biz təhsil və tərbiyə müəssələrində problemlərin olduğunu bilirdik. Təssüflər olsun ki, təhsil nazirliyi, həm də uşaqların tərbiyyəsi ilə bağlı cavabdeh dövlət qurumları bunu gözardına verirdilər və bizi düşmən çıxarırdılar. Təhsilimiz o vəziyyətə  gəlib çatıb ki, artıq burada bir təbəqələşmənin baş verdiyini görürük. Məmurlar öz  uşaqlarını  bahalı, özəl məktəblərdə oxutdururlar. Uşaqları xüsusi maşınlarla, gətirib aparır, onlar üçün xüsusi yeməklər təşkil elətdirirlər. Burada xüsusilə  xarici dilli özəl məktəblərdən söhbət gedir. Amma dövlət məktəblərində isə tamam əksini göstərir”.

Bu fikirləri Faktmedia.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

A. Əbilov qeyd edib ki, bir çox məktəblər yüksək nəticələr göstərərək bizi sevindirir:

“Ordan olan şagirdlərin arasında Avropanın, Amerikanın ali təhsil müəssələrinə qəbul olanlar da var. Amma biz görürük ki, Azərbaycanın əksər məktəblərində vəziyyət tamam fərqlidir. Təhsilə, elmə meyilli olmayan kütlədən ibarət böyük bir dövlət strukturu tərəfindən idarə  edilən təhsisatlar göz qabağımızdadır. Müəllimlər imtahanlar – psixoloji gərginlik altında saxlanılır. Olar uşaqlarımızın təlim tərbiyyəsi ilə məşğul olmağa həvəsləri yoxdur. Onların maaşları da az olduğunu xüsusi vurğulamaq istəyirəm. Yaponiyanın baş nazirini  bir fikrini  qeyd etmək istəyirəm:

“Biz Yaponiyanın inkişafına görə orta məktəb müəllimlərinə, ümumiyyətlə pedaqoqlara minnətdarıq. Biz  onların maaşını nazir maaşı səviyyəsində qaldırdıq ki, onlar bizim indiki və gələcək gənclərimizə elm, təhsil və tərbiyə versinlər”. Azərbaycan məktəblərində isə savadsız vaxt keçirən müəllimlər dəstəsi fəaliyyət göstərir. Ona görə də onlara attestasiya təşkil edib və burada  birinci imtahandan  kəsilən  savadsız  müəllimlər ikinci imtahanda yüksək bal toplayıb təzədən öz yerlərini tuturlar.  Xalqın arasında gəzən söz söhbətə görə rüşvət maşını işə düşüb və hamı görür, amma tənqid etmir. Amma biz edirik, qoy bizi düşmən çıxartsınlar. Düşkün, savadsız, oxumağa meyilli olan bir kütlə formalaşır bu əsasən oğlan uşaqlara aiddir, lakin get gedə  qız uşaqlar da onların təsiri altında düşür. Biz şagir-tələbə kontengenti ilə rastlaşırıq. O şagirdlər ki, onların böyük əksəriyyəti atestatla bir çox xarici ölkələrə  biznes universitetlərinə gedirlər. Heç çoxları hərbi xidmətə də getmir.
Bu universitetlərdə də təhsilin səviyyəsi hazırda pandemiya dövründə virtual təhsil sistemi hökm sürür. Əlbətdə ki belə bir vaxtda milyardlarla kapital xarici universitetlərin büdcəsinə axır, amma biz hələ də imtahanları çox sərt keçirməklə yenidən onları psixoloji basqı altında qəbul imtahanlarına daxil edirik. Belə uşaqlar əlbətdə ki,  həyatdan küskün olurlar. Bir çox məktəb şagirdlərində  sigaret aludəçisi olmaq adi hala çevrilib. Bunu hamı bilir, lakin  heç kəs polisə şikayət etmək istəmir. Həmin məktəblərində cavabdeh kəslər hamısı valideynlərindən asılıdır, valideynlər rüşvət verir, yuxarı sinif şagirdləri iş adı ilə gecələr evdə olmurlar və valideynlər də onların taleyi il maraqlanmırlar. 15 AZN pul qazanan yeniyetmə  o pulu istədiyi kimi istifadə edər, alkoqolu maddələr də alar, sigaret də çəkər. Ümumiyyətlə təhsil sistemimizdə inqlibai çevrilişə ehtiyac var. Yəni qəbul  imtahanları yox, dövlət imtahanları sərt keçirilməlidir ki, 4/5 il ərzində bu tələbənin nə oxuduğunu bilək və sonra uyğun iş verək ki, dövlətin iqtisadiyyatı həm də uşağın gələcəyi inkişaf etsin. Bütün xarici ölkələrdə bu belədir, yalnız Azərbaycanda hansısa təhsil mafiyası imkan vermir ki, şagirdlər atestatla ali məktəbə qəbul olunsun  və onların  bir çoxunun xaricə abituriyent daşıyan şirkətləri var. Ona görə də onlara sərf edir ki, həmin  uşaqları ora yollasın və təhsil  alıb gələndə diplomu tanımaq üçün təzədən rüşvət  əldə etsin. Və insanın ömrünün  böyük bir hissəsi gedir 25 yaşda olan savadsız bir  gənc ilə rastlaşırıq. Vətəndaş da deyir ki, mən xaricdə təhsil aldım, pul tökdüm lakin iş tapılmır. Bu vaxtı da həmin gənclər xaricdə oturan  qara qüvvələrin təsir altına düşür. Biz artıq görürük ki, şəhərin mərkəzində güllələnmiş bir kütlə ilə rastlaşırıq”.

Yazıçı hesab edir ki, bütün bunlar bir biri ilə bağlı olan  məsələlərdir:

“Xüsusən də təhsil və tərbiyə yeniyetmələrin böyüməsi ilə əlaqədardır. Nə qədər ki, bizim məktəblərdə belə hadisələr baş verir, bizim cəmiyyətdə də  mənəvi pozğunluğa  uğramış işsiz gənclər ordusu yetişəcək. Bu hallara son qoymaq üçün ən yaxşı təklifim dövlət hər bir şagirdin sayını nəzərə alaraq,  vətəndaşlara təhsil  və ya məktəb qrantı kimi ayırmaq və vətəndaşa imkan yaratmaq lazımdır ki, vətəndaş öz uşağını dövlətə məxsus məktəblərdə təhsilə cəlb etsinlər. Hansı ki bu sistem Ali məktəblərdə var, lakin tam  orta məktəblərdə də tətbiq olunmalıdır. Bələdiyyə, özəl, dövlət məktəblər və s  şəklində fəaliyyət göstərən  məktəblər olsa onlar arasında güclü rəqabət olacaqdır. Hər  bir şəxs istədiyi məktəbə öz övladını qoysun ki, həm dövlət, həm də özü üçün yararlı bir şəxsiyyət formalaşsın. Nə  qədim  ənənəvi  təhsil sistemindən, nə də   müasir təhsil sistemindən yararlanmırıq. “Məktəblinin dostu” adı altında  maraqlı bir layihə var idi. Könüllülərdən ibarət bir təchizatlar var idi, amma hazırda onlar yox səviyyədədir. Valideyn komitələri də ancaq pul yığmaqla məşğuldurlar. Ən əsası  bir cəmiyyətdə ki,  oğurluq baş alıb gedirsə, bu halı üstün tuturlarsa və  yeniyetmələrə bu istiqamətdə formalaşırsa orda heç vaxt sağlam  şəxsiyyət formalaşa bilməz”.

Havar Şəfiyeva

https://faktmedia.az/olke/2358-tehsili-mektebi-gencleri-mehv-etdiler-.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir