Cəza sisteminin hümanistləşdirilməsinə dəlalət edən amillər – İsmayıl Zalov yazır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan hüquqi islahatlar get-gedə genişlənməkdədir. Ümümiyyətlə, Azərbaycanda cəzanın yüngülləşdirilməsi barədə həyata keçirilən hüquqi siyasət illərdir ki öz bəhrəsini verməkdədir.
Məhkəmə sistemində aparan islahatlar göz qabağındadır. Aşkarlıq siyasəti, qanunçuluğa riayət edilməsi artıq geridönməz bir hala gəlmişdir. Elə bu məqamda özümün şəxsən iştirak etdiyim monitorinqlər zamanı apardığım müşahidələr əsasən gəldiyim bir qənaətimi də burada qeyd etməyi vacib bilirəm. Baş prokurorluğun ittihamın müdafiəsi idarəsi də cənab Prezidentin hüquq-mühafizə sistemləri sahəsində aparılması gərəkən kursu yaxşı mənada məhkəmə prosesində davam etdirir. İttihamı müdafiə edən prokurorlar öz peşəsinin sirlərinə dərindən bələd olmaqla yanaşı, aşkarlıq prosesində dartışma müstəvisində sübut növlərinin hər birini ağlabatan şəkildə müdafiə edirlər. Onlar həm də qanunun aliliyini əldə rəhbər tuturlar. Təqsirkar şəxslərin faktla ram edilməsinə üstünlük verirlər. Bütün bunların hamısı cəza sisteminin hümanistləşdirilməsinə dəlalət edən amillər cərgəsində duran işlərdir.
Cinayətin cəzasız qalmaması, eyni zamanda cinayətin baş vermə mühitinin də aradan qaldırılması qarşıda duran məsələlərdəndir.
Bu sahədə bütün prokurorlara uğurlar diləyirəm.
İsmayıl Zalov
“Zalov İmza” TV Alyansın direktori, beynəlxalq hüquq eksperti

